Accessibility links

Milli Şura Turan agentliyinin direktoruna qarşı qanunsuz hərəkətləri pisləyib


Turan Agentliyinin direktoru Mehman Əliyev
Turan Agentliyinin direktoru Mehman Əliyev

Mehman Əliyevin telefon danışığı dinlənilib və internetdə yayılıb

Demokratik Qüvvələrin Milli Şurası Turan informasiya agentliyinin direktoru Mehman Əliyevə qarşı təxribatı pisləyib.

Milli Şuranın bəyanatında deyilir ki, Əliyevin telefon danışıqları dinlənilib, daha sonra onların məzmunu İnternetə düşüb.

Zəngin mənbəyi naməlum olaraq qalır, lakin bu, Qərbin köməyilə Azərbaycanda hakimiyyətin dəyişdirilməsi planı kimi qələmə verilib.

Milli Şura baş verənləri məşhur ictimai xadimin nüfuzdan salma planı kimi qiymətləndirilir. Bu təxribatın uğursuzluğuna baxmayaraq, qarayaxma cəhdlərinə son qoyulmayıb. Bu, hakimiyyətin onu tənqid edən ictimai xadimlərə, jurnalistlərə və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri davam etdirmək niyyətinə dəlalət edir.
Milli Şura M.Əliyevə qarayaxma kampaniyasına və ona qarşı qanunsuz hərəkətlərə son qoymağı tələb edib.

Xatırladaq ki, Mehman Əliyevin Ukrayna ilə telefon danışığı dinlənilib və sonra internetdə yayılıb. Bundan sonra iqtidaryönümlü mediada ona qarşı ittihamedici məqalələr yazılmaqdadır.
XS
SM
MD
LG