Azərbaycanda jurnalistlərin etirazlarına baxmayaraq ötən ilin dekabrın 30-da parlament “Media haqqında" yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Video bloger, araşdırmaçı jurnalist Mehman Hüseynov bu qanuna etiraz edənlərdən biridir. O, Amerikanın Səsinə müsahibəsində yeni qanunun müstəqil jurnalistlərin fəaliyyətinə təsirlərindən və atıla biləcək addımlardan danışıb.