Accessibility links

Mehman Hüseynov: Məni girov saxlayırlar


Mehman Hüseynov Bakı Hava limanında (Foto Hüseynovun Facebook səhifəsindən götürülüb)
Mehman Hüseynov Bakı Hava limanında (Foto Hüseynovun Facebook səhifəsindən götürülüb)

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri, martın 2-də həbs müddətini başa vuraraq azadlığa çıxmış video bloger Mehman Hüseynovu aprelin 9-da bir sıra beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə getmək istədiyi Avropaya buraxmayıblar.

Mehman Hüseynov: "Məni girov saxlayırlar"
please wait

No media source currently available

0:00 0:05:19 0:00

Mehman Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib ki, aprelin 9-da səhər saatlarında Bakı Beynəlxalq Hava limanında pasport nəzarəti zamanı onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilib və ölkədən çıxışına imkan verməyiblər.

Aeroportun pasport kontrol deyilən ərazisində gömrük işçisi mənə geri qayıtmağımı bildirdi və dedi ki, Baş Prokurorluq ölkədən çıxışıma qadağa qoyub.

“Mənim bu həftə ərzində Avropa Parlanetində, Avropa Şurasında və bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərim nəzərdə tutulub. Həm də cərrahiyyə əməliyyatına ehtiyacım var. Azərbaycan səhiyyə sisteminə inamadığımdan cərrahiyyə əməliyyatını da Avropa ölkələrinin birində keçirilməsini istəyirəm. Aeroportun pasport kontrol deyilən ərazisində gömrük işçisi mənə geri qayıtmağımı bildirdi və dedi ki, Baş Prokurorluq ölkədən çıxışıma qadağa qoyub.”

Bloger Baş Prokurorluğun onun çıxışına qadağa qoymasına inanmır.

“Mənim adımı sistemə vurduqda, gömrük işçisinin üzünün ifadəsi dəyişdi. O harasa zənglər etməyə başladı, Sonra 4-5 nəfər əlavə şəxslər bizə yaxınlaşdı. Yenə zənglər, yenə zənglər. Yəni, sanki yenə də məni bu ölkədə girov saxlamaq üçün, əlindən gələnləri edirlər.”

Hüseynov artıq səkkizinci ildir ki, ölkədən xaricə buraxılmadığını bildirib.

Görünür bunlar mənim ailəmə yenə nifrətlə yanaşırlar və məni girov kimi saxlamaq istəyirlər.

“Mən artıq hüquqi prosedurlardan bezmişəm. Nə qədər şikayət etmək olar. Həbsdən əvvəl mənə sənədlərimi vermirdilər. Ona görə, bu işləri hüquqi yolla nizama salmağa çalışırdıq. İndi cəzamı çəkmişəm, yeni cinayət işinə xitam verilib. Həbsdən sonra arxivim təmiz idi. Yəni heç bir əngəl olmamalı idi. Bütün rəsmi sənədlərimi almışam. Xarici pasportu çox rahatçılıqla almışdım. Mən artıq bu hüquqi prosedurlardan bezmişəm. Yenə də harasa şikayət edim? Görünür bunlar mənim ailəmə yenə nifrətlə yanaşırlar və məni girov kimi saxlamaq istəyirlər.”

Hüseynov ölkəni daimi tərk etmək fikrində olmadığını bildirib.

“Sizin vasitənizlə də bildirirəm ki, mənim elə bir planım yoxdur. Mən ölkəmi daha inkişafda görmək üçün mübarizəmi ölkə daxilində davam etdirmək istəyirəm.”

Bloger həmçinin bildirib ki, sağlamlığı ilə bağlı çox ciddi problemləri var.

“Ayağımda olan probelmlər məni çox narahat edir. Ağrılara demək olar ki, dözmək olmur,” o qeyd edib.

Mehman Hüseynov vəkilləri Fuad Ağayev və Şəhla Hümbətova birgə mətbuat konfransı keçirir
Mehman Hüseynov vəkilləri Fuad Ağayev və Şəhla Hümbətova birgə mətbuat konfransı keçirir

Mehman Hüseynov aprelin 9-da AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin QHT-lərlə bağlı konfransında iştirak etmək üçün Strasburqa gedirdi. Aprelin 10-da Hüseynovun İFEX-in - RATİ-nin üzvü olduğu Beynəlxalq Jurnalist Təşkilatları Şəbəkəsinin illik konfransında iştirakı planlaşdırılırdı. Aprelin 11-də bloger AŞPA-nın yaz sessiyası çərçivəsində korrupsiyaya qarşı mübarizə məsələlərinə və təşkilatçılarından biri RATİ olan "Azərbaycan landromatı" araşdırmasına həsr olunmuş "paralel müzakirələrdə" iştirak etməli idi.

Aprelin 12-də isə blogerin Vyanada ATƏT-in KİV azadlığı üzrə sədri Harlem Dezirin təşkil etdiyi jurnalistlərin təhlükəsizliyi məsələlərinə həsr olunmuş konfransda iştirakı planlaşdırılırdı.

Mehman Hüseynov böhtan ittihamı ilə mühakimə olunmuşdu və iki il həbs cəzasından sonra 2019-cu il martın 2-də azadlığa çıxıb.

Azadlığa çıxma ərəfəsində ona qarşı yeni cinayət işi açılmış, lakin ölkə daxilində və xaricdə etirazların nəticəsində ittiham götürülmüşdü.

XS
SM
MD
LG