Accessibility links

Mehman Hüseynov: Məqsədim vətəndaş fəallığının artırılmasıdır


Mehman Hüseynov
Mehman Hüseynov

Bələdiyyə seçkilərində namizəd olan blogerin Amerikanın Səsinə müsahibəsi

“Biz artıq Azərbaycanda seçkilərin necə keçirildiyinə öyrəşmişik. Mən bu sualdan başlayardım. Mehman seçkilərə qatılmağının səbəbi nədir? Burada Mehman kreslo uğrunda vuruşur, yoxsa onun məqsədi nədir? Mən heç bir siyasi partiyanın üzvü deyiləm və ya hansısa siyasi partiyanın marağına uyğun olaraq seçkilərə qatılmamışam.”

Bu barədə 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə üzvlüyə namizəd Mehman Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib.

Mehman Hüseynov: Məqsədim vətəndaş fəallığının artırılmasıdır
please wait

No media source currently available

0:00 0:04:51 0:00

O, seçkilərə şəxsi təşəbbüsü ilə bloger olaraq qatılıb.

“Məqsədim vətəndaşlar arasında fəallıq yaratmaq, seçkilərə maraq oyatmaqdır. Məqsədim xalq arasında deyildiyi kimi, - “xalqın yatmış hissəsini oyatmaq” idi. Seçkilər dövründə biz, bu, məqsədimizə nail olduq.”

Mehman Hüseynov həmçinin 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində də namizədliyini irəli sürüb. O, bələdiyyə seçkilərində qanun pozuntularından danışdığı halda parlament seçkiləri zamanı nə edəcək?

“Biz artıq insanları fəallaşdırmışıq. Məqsədimizə çatmışıq. Resurslarımız var. Bələdiyyə seçkilərində bir qədər səthi yanaşdım. Çünki bələdiyyəyə seçilmək məqsədim deyildi. Məqsədimiz insanları fəallaşdırmaqdır. Bu sınaqdan keçək. Növbəti seçkilərdə səhvləri aradan qaldıracağıq. Ciddi komanda ilə, daha məsuliyyətli, daha böyük müşahidəçi qrupu ilə, daha böyük səlahiyyətli nümayəndələrlə parlament seçkilərinə qatılacağıq.”

Düşünürük ki, indi insanlarda nifrət, qəzəb daha çoxdur. Parlament seçkilərini gözləməliyik. Ondan sonra aksiyalara qərar verəcəyik.

O, parlament seçkilərinə buraxılmayacağından ehtiyat edir.

“Bələdiyyə seçkilərində hakimiyyətdə bir qədər qorxu yaratmışıq. Bunlar Mehmanın seçkilərdə aldığı səsləri, dəstəyi görüb bir az qorxuya düşüblər. İndi bir az ehtiyatlanıram ki, topladığımız imzaların yoxlanılması mərhələsində qarşıma mane qoya bilərlər. Biz imzaları yığarkən video və foto faktlar edəcəyik.”

O, bələdiyyə seçkiləri ilə bağlı artıq hüquqi müstəvidə sənədləri toplayıb. Bu gün dairə seçki komissiyasına təqdim edəcək.

“Dairə Seçki Komissiyası sənədləri Mərkəzin Seçki Komissiyasına yönləndirəcək. Düşünürdük ki, etiraz aksiyaları keçirək. Çünki Qaraçuxur camattının bir hissəsi bildirib ki, etiraz aksiyalarına başlamaq istəyirlər. Lakin, biz hüquqi müstəvini başa çatdırdıqdan, Mərkəzi Seçki Komissiyasından cavab aldıqdan sonra qərar verəcəyik. Düşünürük ki, indi insanlarda nifrət, qəzəb daha çoxdur. Parlament seçkilərini gözləməliyik. Ondan sonra aksiyalara qərar verəcəyik,” Mehman Hüseynov qeyd edib.

31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə üzvlüyə namizəd Mehman Hüseynov bələdiyyə seçkilərində favorit sayılırdı. Sosial şəbəkələrdə çoxsaylı insanlar onun seçki kampaniyasından söhbət açır və dairə üzrə ən çox səs topladığını bildirirdi. Buna baxmayaraq, Mərkəzi Seçki Komisiyasının ilkin siyahısında o seçilmiş bələdiyyə üzvləri siyahısında yoxdur.

Mehman Hüseynov seçkilərin saxtalaşdırıldığını iddia edir. O artıq hüquqi müstəvidə şikayətlər verib.

Mərkəzi Seçki Komissiyası seçkilərin ədalətli və demokratik olduğunu bildirir.

XS
SM
MD
LG