Accessibility links

Keçmiş MTN əməkdaşlarına iş istənilib


Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə dövlət ittihamıçısı çıxış edib.

Meydan TV-nin məlumatına görə, dövlət ittihamçısı V.Güləlinin 9 il 6 ay, C.İbayevin 8 il, V.Əsədovun 7 il 6 ay, N.Əliyevin 8 il 6 ay, A.İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses yanvarın 22-də davam edəcək.

Təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

İş üzrə bir neçə zərərçəkmiş şəxs tanınıb.

Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.

V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.

MTN ətrafında hadisələr 2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə nazir Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasından sonra başlayıb. Yoxlamalar nəticəsində çoxaylı qanun pozuntusu, iş adamlarına qarşı reket və digər cinayətlərdə təqsirli bilinən nazirliyin çoxsaylı yüksək vəzifəli şəxsi işdən çıxarılaraq, həbs edilib.

Eldar Mahmudovun işdən kənarlaşdırılmasından iki ay sonra prezidentin sərəncamı ilə MTN ləğv edilərək, onun bazasında iki qurum - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG