Accessibility links

Məhkəmə müxalifət fəalını həbsdən buraxmayıb


Məmməd ibrahim
Məmməd ibrahim

Dekabrın 26-da Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində Suraxanı rayon Məhkəməsinin səyyar iclasında Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında müraciəti təmin edilməyib. Bu barədə AXCP-nin məlumatında deyilir.

Hakim Elçin Ağayev hesab edib ki, Məmməd İbrahim "islah olunmayıb və cəzaçəkmə müəssisəsinin intizam qaydalarına riayət etmir".

Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.

İbrahim 2015-ci il sentyabrın 30-da xuliqanlıq (221.1) ittihamı ilə həbs edilib, şikayəti Mikayıl Quliyev - keçmiş AXCP üzvü verib. Sonradan bu maddə 221.2.2-ci (xuliqanlıq, silahdan istifadə ilə törədildikdə) maddəyə tövsif edilib.

Nərimanov rayon Məhkəməsi martın 15-də İbrahimi təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Cəzasının 1/3-ni çəkməsi ilə əlaqədar Məmməd İbrahim artıq cəzasının yüngülləşdirilməsi və məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün məhkəməyə müraciət etmişdi. Amma 25 noyabr 2016-cı il tarixində Suraxanı rayon Məhkəməsi vəsatəti təmin etməyib.

Hüquq müdafiə təşkilatları Məmməd​ İbrahimi siyasi məhbus kimi tanıyıb.

XS
SM
MD
LG