Dekabrın 20-də Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin 3 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilinibş
Əlihüseyn Salahzadə "Azərsu" ASC-nin əməkdaşını döyməkdə təqsirləndirilir.
Ancaq onun yaxınları ittihamı qəbul etmirlər. Əlihüseyn Salahzadə Milli Məclisin keçmiş deputatı Qalib Salahzadənin oğludur.