Accessibility links

Jurnalistin məhkəməsində şahidlər dindirilib


Əziz Orucov
Əziz Orucov

Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə hakim Mirzəli Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclası şahid ifadələri ilə davam etdirilib.

"Kanal 13"-də mühasib işləmiş Kübra Məmmədova ifadəsində bildirib ki, televiziya və Qafqaz Media Mərkəzi ilə əməkdaşlıq edib. O, vergidən yayınmadığını və vergidən yayınma hallarına rast gəlmədiyini bildirib.

“Mən 2009-cu ildən işləmişəm və vergidən yayınma halı ilə rastlaşmamışam. Layihələrdən asılı olaraq 100-150 manat maaş almışam", o qeyd edib.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov da layihələrdə iştirak etdiyini bildirib.

Məhkəmə iclası noyabrın 3-dək təxirə salınıb.

Əziz Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. İyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG