Accessibility links

Avropa Məhkəməsi Tural Hacıbəylinin şikayətini təmin edib


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 28-də Azərbaycanla bağlı daha bir qərarını elan edib. Şikayətçi müxalifət təmsilçisi Tural Hacıbəylidir. Bu barədə Amerikanın Səsinə şikayətçini Avropa Məhkəməsində müdafiə edən İntiqam Əliyev bildirib.

Hacıbəylini 2011-ci ilin martında müxalifətin dinc aksiyasında saxlayıblar. Səbael rayon Məhkəməsi gənci hakimiyyət nümayəndəsinin qanuni tələblərinə məhəl qoymamaq ittihamı ilə inzibati həbsə göndərib. Yuxarı məhkəmələr də rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Yekunda Avropa Məhkəməsinə şikayət edilib - Avropa Konvensiyasının 5-ci (Azadlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 11 (Sərbəst toplaşmaq azadlığı) və 13-cü (Səmərəli müdafiə vasitələri) maddələrdə nəzərdə tutulan hüquqların pozuntusunun tanınması, dəymiş zərərin kompensasiya edilməsi istənilib.

Məhkəmə şikayəti təmin edib. AİHM qərarına görə, T.Hacıbəylinin azadlıq, ədalətli məhkəmə araşdırması və sərbəst toplaşmaq hüququ pozulub.

AİHM qərarına görə, hökumət T.Hacıbəyliyə 10 min 500 avro (8 min ərizəçiyə dəymiş mənəvi zərərə, 2 min 500 avro isə hüquqi məsrəflər üçün) ödəməlidir.

Xatırladaq ki, Tural Hacıbəyli Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin oğludur.

XS
SM
MD
LG