Accessibility links

Fuad Əhmədli 4 il azadlıqdan məhrum edilib [Video]


Fuad Əhmədli 4 il azadlıqdan məhrum edilib
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Məhkəmə bu gün hökm çıxarıb

Iyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Fikrət Qəribovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədliyə 4 il həbs hökmü çıxarıb. Hökmə görə, Əhmədli həbs müddəti başa çatdıqdan sonra 1,5 il dövlət və bələdiyyə orqanlarında vəzifə tuta bilməz.

Hakim Fuad Əhmədlinin məhkəmə istintaqı zaman ağır cinayət işlətməsinin sübut olunmadığını bildirib və bu səbədən ona qarşı qaldırlmış Cinayət Məcllləsinin 308.2-ci maddəsini 308.1 maddəsinə (az ağır cinayət) tövsif edib.

Dovlət ittihamçısı müxalifət fəalının 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.

F. Əhmədli operator işlədiyi "Azerfon" şirkətində (Nar Mobile) bir neçə nəfərin şəxsi məlumatlarını başqasına ötürməkdə ittiham olunur.

Vəkil Əsabəli Mustafayev bugünkü son çıxışında Fuad Əhmədliyə bəraət istəyib. Onun fikrincə, məhkəmə zamanı ittihamlar öz təsdiqini tapmayıb və istintaqın "zərərçəkən" kimi tanıdığı şəxslər müttəhimə heç bir iddia irəli sürməyib.

“Əksinə məhkəmə istintaqı bir daha ittihamların uydurma, qərəzli və əsassız olduğunu təsdiq etdi. Fuad Əhmədli tam günahsızdır və ona qarşı irəli sürülən ittihamların heç birini törətməyib”, vəkil qeyd edib.

Onun sözlərinə görə, istintaqın zərərçəkmiş kimi tanıdığı şəxslərdən biri Məhəmməd Quliyev özü dələduzluq ittihamı ilə axtarışda olub və belə bir adamın ifadəsinə ümumiyyətlə inanmaq olmaz.

Vəkil məhkəmə istintaqının birtərəfli aparıldığını və istintaq tərəfinin mövqeyindən çıxış etdiyini bildirib.

“Məhkəmə müdafiə tərəfinin 9 əsas vəsatətindən yalnız birini, sənədlərin üzünün çıxarılması ilə bağlı texniki xarakterli vəsatətini təmin edib. İbtidai istintaqın irəli sürdüyü sübutların ifşasına yönəlmiş hər hansı vəsatəti təmin etməyib”, o qeyd edib.

Fuad Əhmədli 2016-cı ilin avqustunda Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması) və 308-ci maddəsinin 1-ci bəndi (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittihamla həbs olunub. Bu ilin martında ittihamlar 308-ci maddənin daha ağır cəza nəzərdə tutan 2-ci bəndinə tövsif edilib. İstintaq Əhmədlini işçisi olduğu "Azərfon" mobil rabitə şirkətinin abunəçilərinin şəxsi məlumatlarını yaymaqda ittiham edir.

Əhmədli ittihamları qəbul etmir, siyasi sifariş kimi qiymətləndirir.

Fuad Əhmədli məhkəmə zalına gətirilərkən salondakılar tərəfindən alqışla qarşılanıb və onun son sözü məhkəmə zalında davamlı alqışa səbəb olub.

AXCP fəalı məhkəmə heyətinin və dövlət ittihamçısının sifarişə əməl etməsinə təəssüf edir.

“Təəssüf edirəm ki, vaxtı ilə millətimin müstəqlillik savaşına açıq düşmənçilik edən general Yazov, general Şerbakov, Stepan Şaumyan, Əlikram Hümbətov kimi şəxslər şanlı tariximizin mənfi obrazları olaraq səciyyələndirlidiyi kimi sizlər də tarixdə bu cür yaşamalı olacaqsınız”, Əhmədli məhkəmə heyətinə və dövlət ittihamçısına işarə edərək deyib.

O, azadlıq uğrunda mübarizədən sarsılmadığını bildirib. Hazırda həbsdə olan çoxsaylı siyasi məhbus kimi tanınan AXCP fəallarının adını sadalayıb.

“Susmadım, savaşdım, şərləndim. Sizlər isə verdiyiniz bu ədalətsiz, sifarişli hökmlərə görə tarixin qaranlıq səhifələrinə gömüləcəksiniz. Mənim keçdiklərim, sadəcə, istiqlal mərhələsinin çətin məqamıdır. “Yaşasın hürriyyət aşiqləri!” “Yaşasın istiqlaliyyət davamız!” “Yaşasın dogma Respublikamız Azərbaycan!”, deyə son sözünü bitirib.

XS
SM
MD
LG