Accessibility links

Hakim vəzifəsindən azad edilib


Qiyas İbrahimovun məhkəməsində hakim (İllustrasiya)
Qiyas İbrahimovun məhkəməsində hakim (İllustrasiya)

Azərbaycan Məhkəmə-Hüquq Şurası fevralın 8-də keçirilən iclasında qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya yaradan hallara yol verilməsinə görə Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərar qəbul edib. Həmçinin Sumqayıt apellyasiya məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilib, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı apellyasiya məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli rayon məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub. Bu barədə Məhkəmə-Hüquq Şurasının məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilən geniş iclasda bildirilib ki, mülki dövriyyənin inkişafı, məhkəmələrə əlçatanlığın asanlaşması və insanların etimadının nəticəsi kimi 2016-ci ildə mülki sahə üzrə məhkəmələrə müraciətlərlərin sayı 45%-dək çoxalıb, 470 mini ötüb. (məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə 20 dəfədən çox).

Məhkəmə-Hüquq Şurası bildirir ki, 2016-cı ildə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilib, səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

XS
SM
MD
LG