Accessibility links

Elmar Süleymanov: Bu hərəkətlər Azərbaycanın beynəlxalq nüfuzunu aşağı salmağa xidmət edir [Video]


Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirovun həbs müddəti daha 5 ay uzadılıb

Rauf Mirqədirovun digər vəkili Elmar Süleymanov jurnalistin həbsdə saxlanılmasını qanunsuz hesab edir.

Elmar Süleymanov
Elmar Süleymanov

"Biz hesab edirik ki, Rauf Mirqədirovun həbsdə saxlanılması qanunsuzdur. İttiham orqanı əfsuslar olsun ki, bu qanun pozuntusunu davam etdirir. İstintaq orqanı bizə heç bir məlumat vermədən Nəsimi Rayon Məhkəməsində onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb. Rauf Mirqədirov orada formal iştirak edən vəkilə öz etirazını bildirib və qeyd edib ki, onun iki vəkili var. Lakin məhkəmə heç bir hüquqi qiymət verməd'n qərar qəbul edib. Biz bundan şikayət verəcəyik. Bu cür qanunsuz hərəkətlər Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu daha da aşağı salmağa xidmət edir", o Amerikanın Səsinə müsahibəsində bildirib.

***

Nəsimi Rayon Məhkəməsi tərəfindən Rauf Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 5 ay uzadılmasına qərar verilib.

Bu barədə R. Mirqədirovun vəkili Fuad Ağayev Amerikanın Səsinə məlumat verib.

“Rauf Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti noyabrın 19-da başa çatıb. Mən və digər vəkil Elmar Süleymanov noyabrın 20-də Rauf Mirqədirovla görüşmək istəsək də, mümkün olmayıb. Noyabrın 20-də Nəsimi Rayon Məhkəməsində bizim iştirakımız olmadan barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıblar” F.Ağayev deyib.

Vəkil bununla bağlı apellyasiya şikayəti verəcəklərini deyib.

53 yaşlı Rauf Mirqədirov 2010-cu ildən “Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri olub. Bu il aprelin 19-da o, Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları həbs edib.

Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləməkdə, dövlətə xəyanətdə günahlandırılır.

Özü isə ona qarşı irəli sürülmüş ittihamları rədd edib.

Elmar Süleymanov: Bu cür qanunsuz hərəkətlər Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu daha da aşağı salmağa xidmət edir
please wait

No media source currently available

0:00 0:01:46 0:00

XS
SM
MD
LG