Accessibility links

Gənc fəal Orxan Eyyubzadə 2 il azadlıqdan məhrub edilib [Yenilənib]


Orxan Eyyubzadə
Orxan Eyyubzadə

Müsavat Partiyası gənc fəalın həbsini pisləyir

Müsavat Partiyası Orxan Eyyubzadənin həbsini pisləyən bəyanatla çıxış edib. Sənəd də deyilir:

NİDA Vətəndaş Hərəkatının üzvlərinin məhkəmə hökmünə etiraz etdiyinə görə həbs edilən gənc fəal Orxan Eyyubzadə bu gün Binəqədi rayon Məhkəməsi tərəfindən ittiham tərəfinin məhkəmə istintaqına təqdim etmədiyi video - görüntülər əsas götürülərək, Cinayət Məcəlləsinin 315.1.-ci maddəsi ilə təqsirli bilinib və ona 2 il müddətində azadlıqdan məhrumetmə cəzası verilib.

Müsavat Partiyası bu cəzanın siyasi sifarişlə təyin edildiyini və müstəqil fikirli gənclərə qarşı yönəldiyini bəyan edir, siyasi məhbus Orxan Eyyubzadənin, eləcə də digər siyasi məhbusların həbsdən azad olunmasını tələb edir.

***

Oktyabrın 14-də Binəqədi rayon məhkəməsinin hökmü ilə gənc fəal Orxan Eyyubzadə hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib

Vəkil Əsabəli Mustafayev hesab edir ki, onun əməlində cinayət tərkibi yoxdur.

O.Eyyubzadə bu iş üzrə özünü təqsirli bilməyib.

Əsabəli Mustafayev appelyasiya şikayəti verəcəklərini bildirir.

Orxan Eyyubzadə bu ilin mayında NİDA fəallarına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub, 20 sutka həbs cəzası alıb.

Daha sonra onun haqqında cinayət işi açılıb və həbs müddəti 1 ay daha uzadılıb. Gənc fəal «hakimiyyət nümayəndəsinə zor tətbiq etmədə» (315.1 maddəsi) ittiham olunub.

XS
SM
MD
LG