Accessibility links

Pərviz Həşimlinin apellyasiya şikayətinə məhkəmə istintaqı olmadan baxılacaq


Jurnalist Pərviz Həşimli məhkəməyə gətirilərkən (Foto musavat.com saytınındır)
Jurnalist Pərviz Həşimli məhkəməyə gətirilərkən (Foto musavat.com saytınındır)

Məhkəmə onu 8 il azadlıqdan məhrum edib

İyulun 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə “Bizim yol” qəzetinin jurnalisti və hüquq müdafiəçisi Pərviz Həşimlinin apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirlib.

Apellyasiya şikayətində jurnalist barəsində mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsi və onun barəsində bəraət hökmünün çıxarılması göstərilib.

Vəkil Bəhruz Bayramovun Amerikanın Səsinə vediyi məlumata görə bu günki iclasda məhkəmənin istintaqla aparılması əsas prioritet məsələ olub.

Buna görə də müdafiə tərəfi bir neçə vəsatət qaldırılıb.

Əsas vəsatətlərdən həbs qəti-imkan tədbirinin dəyişdirilməsi, əlavə şahid qismində olan şəxslərin dindirilməsi olub.

Lakin məhkəmə apellyasiya şikayətini məhkəmə istintaqı olmadan aparılması barədə qərar qəbul edib.

Vəkil ilkin baxışdan kasassiya şikayətinin verilib verilməməsi barədə yalnız məsləhətləşmələr aparıldıqdan sonra qərara gələcəyini deyib.

Bununla belə vəkil deyib ki, jurnalistlə birlikdə həbs olunan Təvəkkül Qurbanov da apellyasiya şikayəti verib və şikayətində cəzasının ağırlığından şikayətlənib.

Növbəti proses iyulun 14-də davam etdiriləcək.

Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunub.

Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin barəsində hökm oxunub.

Məhkəmə onu 228.2.1 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq silah və hərbi sursatın qanunsuz əldə edilməsi, daşınması, satışı, saxlanması, gəzdirilməsi) , 228.2.2 (həmin hərəkətlərin təkrar törədilməsi) və 206.3.2 (qabaqcadan bir qrup şəxslə əlbir olaraq qaçaqmalçılıq) madələri ilə təqsirli bilərək 8 il azadlıqdan məhrum edib.

Bu iş üzrə keçən digər müttəhim Təvəkkül Qurbanov da həmin maddələrlə təqsirli bilinib. O 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG