Accessibility links

İlkin Rüstəmzadə : Sizdən xahiş edirəm ki, zərərçəkmiş heykəlin fotosunu bizə də verin [Video]


Sizdən xahiş edirəm ki, zərərçəkmiş heykəlin fotosunu bizə də verin
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Sizdən xahiş edirəm ki, zərərçəkmiş heykəlin fotosunu bizə də verin

Vəkil Əsabəli Mustafayevin Amerikanın Səsinə müsahibəsi

Aprelin 11-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA fəallarının və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ənənəvi olaraq zalda iştirak edən təqsirləndirilən şəxslərin yaxınları onları zala gətirilən zaman ayaq üstə alqışlayıblar.

Bu günki prosesdə müdafiə tərəfinin aprelin 10-da verdikləri vəsatətlər müzakirə olunub.
Vəsatətin məzmunu ondan ibarətdir ki, MTN-in Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərdiyi məktub elan olunub, həmin məktubda Ş.Novruzovun, B.Quliyevin və M.Əzizovun facebook yazışmaları, statuslarındakı yazışmalar, həmçinin bəzi sms yazışmaları elan olunub.

Müdafiə tərəfi isə öz növbəsində həmin məlumatların iş materiallarından xaric edilməsini təklif edib.

Bunu onunla əsaslandırıblar ki, bu məlumatların götürülməsi ilə bağlı hər-hansı əməliyyat-axtarış tədbirləri həyata keçirilməyib, müvafiq qərar qəbul edilməyib.

Bugünki prosesdə isə dövlət iithamçısı vəsatətə münasibət bildirirərkən qeyd edib ki,istintaq heç bir qanunsuzluğa yol verməyib.Əməliyytat-axtarış haqqında qanun da pozulmayıb.Həmçinin məhkəmə istintaqı zamanı bu faktlar araşdırılıb.

Bu zaman vəkil Elton Quliyev ayağa qalxaraq "ədalətli qərar qəbul etməyə kömək etmək istəyirik" deyə fikrini ifadə edərkən bildirib ki, bu facebook yazışmaları belə şəkildə götürülməli deyil idi.Bu Cinayət Prosessual Məcəlləsinin pozuntusudu.

Vəkildən sonra vəsatətə münasibət bildirmək istəyən təqsirləndirilən gənc fəal İlkin Rüstəmzadə MTN-nin bu hərəkətini Azərbaycan və beynəlxalq hüquq normalarına uyğun gəlmədiyini deyib.

“Bu Konvensiyanın 8-ci( şəxsi həyata və ailə həyatına hörmət hüququ və 10-(fikri ifadə etmək azadlığı) cu maddələrinin pozulmasıdır.

İstintaq facebook yazışmalarını istəyirsə məhkəmə qərarı əsasında sosial şəbəkəyə müariət göndərməli idi.Əgər sosial şəbəkə(facebook) imtina edirsə o,zaman Delta şirkətinə müraciət etməli idi.İstintaq isə heç bir halda bunu etməyib “deyə o, bildirib.

Vəsatəti yerində müzakirə edən hakim vəsatətin təmin edilmədiyi barədə qərar qəbul edib.

Daha sonra məhkəmə sübutların tədqiqini davam etdirib.

Hakim iş üzrə keçən cinayət işində "Harlem Şeyk" videosu ilə bağlı materiallar səsləndirilib.

Bu epizod üzrə təqsirləndirilən İlkin Rüstəmzadə üzünü hakimə tutaraq deyib:
"Sizdən xahiş edirəm ki, zərərçəkmiş heykəlin fotosunu bizə də verin.”

Daha sonra hakim Bakı İcra Hakimiyyətinin 9 aprel 2013- cil tarixli məktubun məzmunu prokurorluğa göndərdiyi qərar elan olunub.

Məktubun məzmununda deyilib ki, martın 8-9 da iş günü olmadığından təşkilqtçılara cavab çatdırılmayıb.

Daha sonra məhkəmə istintaqı zamanı sübutların araşdırılması mərhələsində disklərə video baxış keçiriləməyə başlamaq istənilsə də texniki problem baxımdan bu mümkün olmayıb.

Hakim prosesi aprelin 15-dək təxirə salınıb.

İttiham aktına görə, gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşıblar.

“Azad Gənclik” Təşkilatının sədri İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb.

Sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir.Həbslərinin siyasi sifarişli olduğunu iddia edirlər.

“Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı onları vicdan məhbusu elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG