Accessibility links

Müsavat Partiyası liderinin müşavirinin həbs müddəti uzadılıb


Yadigar Sadıqov
Yadigar Sadıqov
Lənkəran rayon məhkəməsi Müsavat Partiyası liderinin müşaviri Yadigar Sadıqovun həbs müddətnini bir ay, – oktyabrın 23-dək uzadılması barədə qərar çıxarıb.

Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, məhkəmə vəkilsiz keçirilib. Bu da Yadigar Sadıqovun müdafiə hüququnun pozulmasıdır.

"Məhkəmə şənbə günü iş gününün sonunda prosesin keçiriləcəyi haqda teleqram göndərib. Bazar günü məhkəmə prosesinin keçirilməsi prosesual məcəlləyə görə qanunsuzdur", deyə vəkil bildirib.

Vəkil deyib ki, Y.Sadıqovun həbs müddətinin uzadılması barədə qəraının heç bir əsası yoxdur.

Müsavatçını iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında yerli polis şöbəsi tutub.

O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur.

Rəşid Kərimov iyunun 25-də Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia edir.

Yadigar Sadıqov isə bu iddianı tamamilə rədd edir, həmin şəxsi döymədiyini və bunun hakimiyyətin quraşdırdığı oyun olduğunu vurğulayır.
XS
SM
MD
LG