Accessibility links

Mehdi Nəimi: Güneydə siyasi məhbusları müdafiə fəaliyyəti milli hərəkatın böyüdüyü nisbətdə artmayıb


Amerikanın Səsinə danışan siyasi fəal Mehdi Nəiminin dediklərinə əsasən, keçən təqribən 15 il ərzində İran Azərbaycanında milli hərəkat müxtəlif sahələrdə böyüyüb, amma ona nisbət siyasi məhbusları müdafiə fəaliyyətində genişləmə olmayıb.

Mehdi Nəimi: Güneydə siyasi məhbusları müdafiə fəaliyyəti milli hərəkatın böyüdüyü nisbətdə artmayıb
please wait

No media source currently available

0:00 0:12:46 0:00

Hazırda bir çox türk fəal Tehran və İran Azərbaycanının müxtəlif şəhərlərindəki həbsxanalarda uzun müddətli həbs cəzaları çəkirlər. Hüquq müdafiəçiləri həmçinin yüzlərlə vətəndaşın mühakimə prosesinin davam etdiyini bildirir. Bunların əksəriyyəti keçən sentyabr və oktyabr aylarında Qarabağ müharibəsi zamanı keçirilən aksiyalar ilə əlaqədar nəzarət altına alınmışdı.

Keçdiyimiz bu 10-15 il ərzində Güney Azərbaycan uğrunda fəaliyyətlər çoxalıb. Amma siyasi məhbusları müdafiə fəaliyyətləri hərəkatın genişləndiyi nisbətdə deyil.”

Mehdi Nəimi hesab edir ki, İran hakimiyyəti Qarabağ müharibəsi zamanı keçirilən mitinqlərə qatılanlara qarşı qeyri-mütənasib təzyiqlər tətbiq edir.

“Müharibə zamanı keçirilən mitinqlərə qatılanların istəyi nə idi? Azərbaycan haqlı olaraq öz torpaqlarını müdafiə edirdi. İran hakimiyyəti də sözdə də olsa Qarabağa Azərbaycan torpağı deməsə də, ən azından İslam torpağı deyirdi. Son zamanlar Azərbaycan torpağı ifadəsini də dilə gətirdilər. Mitinqə qatılanlar da bundan başqa bir şey demirdilər,” siyasi fəal söyləyir.

Nəimi keçən illərdə milli fəalara qarşı basqıların ümumi olaraq artdığını vurğulayır: “Basqılar kəsinliklə çoxalıb. Hakimiyyət çalışır ki, milli hərəkata çalışmağın xərcini yüksəltsin, bədəlini ağırlaşdırsın. Bu qərara gəliblər ki, ağır-ağır cəzalarla bəlkə bu hərəkatda olanların sayısını azaltsınlar və ya kontrol altında tutsunlar. Yeni qatılanların önünü alsınlar. Biz mühakimə edilən fəalların dosyelərinə baxanda, sadə ittihamlara ağır cəzalar görürük.”

O, basqıların çoxalmasına qarşı basqı altında olan milli fəallar və siyasi məhbusları müdafiə istiqamətində fəaliyyətin yetərli olmadığını vurğulayır.

İnsan haqları sahəsində yetərli fəaliyyət yoxdur. Baxmayaraq ki, bəzi fəaliyyətlər var meydanda, amma biz keçmişdə bu sahədə yürüdülən fəaliyyətlərə baxanda görürük ki, çox irəliləməmişik.

“İnsan haqları sahəsində yetərli fəaliyyət yoxdur. Baxmayaraq ki, bəzi fəaliyyətlər var meydanda, amma biz keçmişdə bu sahədə yürüdülən fəaliyyətlərə baxanda görürük ki, çox irəliləməmişik,” deyə, siyasi fəal bildirir.

Mehdi Nəimi əlavə edir ki, “keçmişdə hətta sosial medianın da bugünkü qədər geniş olmadığı zamanlar, yəni təqribən 20 il əvvəl ASMEK (Azərbaycanın Siyasi Məhbuslarını Müdafiə Komitəsi) adında bir təşkilat var idi ki, çox ciddi və uğurlu fəaliyyətlər yürüdürdü. Ancaq 20 il keçib və təəssüflər olsun ki, biz ona tay bir təşkilat görmürük. Yəni bir axsama və əskiklik var hərəkatda. Çünki, keçmişdə bundan güclüsü var idi. Olmasaydı deyərdik yoxumuz idi və indi yaratmağa çalışırıq. Ancaq keçmişdə olanın bu gün olmaması bizim üçün baş aşağılıqdır.”

O, keçən 10-15 ildə milli hərəkat çərçivəsində fəaliyyətlərin çoxaldığını, amma siyasi məhbusları müdafiə fəaliyyətində çoxalma görünmədiyini qeyd edir:

“Keçdiyimiz bu 10-15 il ərzində Güney Azərbaycan uğrunda fəaliyyətlər çoxalıb. O qədər ki, tutulanların sayısı əlimizdən çıxır. İndi daha geniş sahələrdə fəaliyyətlər var. Amma ona nisbət, siyasi məhbusları müdafiə qrupları yoxdur. Vardır, Avropada məsələn çalışanlar var, amma yetərsizdir. Mən onların çalışmalarını təqdir edirəm. Amma o çalışmalar hərəkatın genişləndiyi nisbətində deyil.”

XS
SM
MD
LG