Accessibility links

Türkmənistan, Azərbaycan və Türkiyə liderlərinin görüşü olacaq


Qurbanqulu Berdıməhəmmədov və Mustafa Şentop (Foto Türkmənistan Dövlət Agentliyinindir)
Qurbanqulu Berdıməhəmmədov və Mustafa Şentop (Foto Türkmənistan Dövlət Agentliyinindir)

Aşqabad Türkmənistan, Azərbaycan və Türkiyə liderlərinin üçtərəfli sammitini qəbul etməyə hazırdır.

Türkmənistan Dövlət Agentliyinin məlumatına görə, bu barədə noyabrın 18-də Türkmənistan Parlamentinin Yuxarı Palatasının sədri Qurbanqulu Berdıməhəmmədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşündə bildirib.

Berdıməhəmmədov qeyd edib ki, üçtərəfli sammitə hazırlıq çərçivəsində xarici işlər, nəqliyyat və energetika nazirləri formatında görüşlər keçirilir, habelə "yuxarılarda" görüşlər zamanı imzalana biləcək sənədlər üzərində iş gedir.

O, həmçinin sammitə hazırlığın yekunlaşdırılması məqsədilə üç ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etməyi təklif edib.

XS
SM
MD
LG