Accessibility links

Kanal.13 internet televiziyasının əməkdaşı sərbəst buraxılıb


İsmayıl İslamoğlu
İsmayıl İslamoğlu

Kanal13.tv İnternet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu oktyabrın 29-da saat 23.00 radələrində azad buraxılıb. O bu barədə oktyabrın 30-da gecə saatlarında facebook səhifəsində yaydığı özünün videomüraciətində bildirib. (https://web.facebook.com/ismayil.islamoglu/videos/894714337404957/)

Jurnalist bildirir ki, yuxusuzdur, ağrıları var, gözündə qançır olduğunu deyir.

“Kifayət qədər təzyiqlərə məruz qalmıışam”, o qeyd edir.

İslamoğlu oktyabrın 26-da işdən çıxdıqdan sonra iki nəfər mülki geyimli şəxs tərəfindən saxlanıldığını bildiriir.

“Mən Bakı şəhər Baş Polis İdarəsində saxlanılırdım. Ondan qabaq da başqa bir yerə apardılar. Azad buraxılmam ərəfəsində isə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gətirdilər”, o qeyd edib.

İslamoğlunun dediyindən aydın olur ki, o Bakı şəhər Baş Polis İdarəsində cinayət axtarış şöbəsində saxlanılıb.

“Üç gün sizə az vaxt kimi görünə bilər. Amma, mənim üçün uzun bir müddətdir. Saatlarla ac, sussuz, ayaq üstə saxlanılmışam. Məni vurublar, təhqir ediblər, aşağılayıcı sözlər deyiblər. Tək özümlə deyil yaxınlarımla təhdid olunmuşam. Mənə şərt qoyuldu ki, danışsan başın ağrıyacaq”, o qeyd edib.

Jurnalistin dediyindən aydın olur ki, o sosial şəbəkələrdəki statuslarına görə sorğu-suala çəkilib.

O danışdığı videoda Bakı şəhər Baş Polis İdarəsində otağında sorğu-sual edildiyi iki vəzifəli şəxsin adını çəkib.

Öz növbəsində Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Report agentliyinə bildiriblər ki, sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində İismayıl Nadirlinin (İsmayıl İslamoğlu-red) polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir.

“Oktyabrın 26-da Şirvan rayon sakini İsmayıl İslam oğlu Nadirlinin itkin düşməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinə müraciət daxil olub.

İ.Nadirlinin nişanlısı müraciətində vurğulayıb ki, İ.Nadirli oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı ilə çıxaraq ünvana çatmayıb.

Daxil olan müracət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmə kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilib”, məlumatda deyilir.

İslamoğluna sosial şəbəkələrdə sərt tənqidinə görə bu il iyulun 27-də də xəbərdarlıq edilib. O, Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Müğənni Zara Mqoyanın da dəvət olunduğu “Jara” festivalı ilə bağlı statusuna görə üç saat polisdə saxlanılıb, xəbərdarlıq edilərək azad buraxılıb.

XS
SM
MD
LG