Accessibility links

Blogerin ölümü ilə bağlı cinayət işinə xitam verilib


Mehman Qələndərov
Mehman Qələndərov

Bloger və fəal Mehman Qələndərovun istintaq təcridxanasında ölümü faktı üzrə cinayət işinə xitam verilib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, Qələndərovun 2018-ci il aprelin 28-də Bakı 1 saylı istintaq təcridxanasında ölümündən sonra Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılmışdı. Sonradan iş Bakı Şəhər Prokurorluğuna göndərilib.

İbtidai istintaqın yekunlarına görə, prokurorluq Qələndərovun ölümündə cinayət tərkibinin olmadığı, onun intihar etdiyi qənaətinə gəlib.

Hüquq müdafiəçisi Gülalıyev istintaqın obyektivliyini şübhə altına qoyur, Qələndərovun hədələndiyini, həbsxanadan sağ çıxmayacağı barədə xəbərdarlıq edildiyini xatırladır.

Qələndərov 2017-ci il fevralın 7-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə (234.2-ci maddə) həbs edilib.

Qələndərov həbs edildiyi gün öz Facebook səhifəsində belə yazıb: “Hamımız Qiyas kimi olaq. Qul olmayaq”.

(Fəallar Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra uydurma narkotik ittihamı ilə 10 il müddətinə həbs ediliblər – red.).

Facebook statusundan bir neçə saat sonra Qələndərovun saxlanılıb.2017-ci il aprelin 28-də o, istintaq təcridxanasında, rəsmi versiyaya görə, intihar edərək dünyasını dəyişib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG