Accessibility links

Əfqan Muxtarlı: Həbsim insan oğurluğu kimi dəyərləndirilməlidir [Audio-müsahibə]


Həbsdən qısa müddətə buraxılmış jurnalist Amerikanın Səsinə müsahibə verib

“Həbsim konkret olaraq siyasi sifarişdir. Bunu həbs kimi yox, adam oğurluğu kimi dəyərləndirmək lazımdır. Həm Gürcüstan, həm də Azərbaycan hökuməti uzun müddət bir jurnalistin ovuna çıxmışdı, nəhayət Gürcüstanda oğurlayıb Azərbaycana gətirdilər”. Bu barədə doğmalarının yas mərasimində iştirak üçün qısa müddətə həbsdən buraxılmış jurnalist Əfqan Muxtarlı Amerikanın Səsinə müsahibəsində bildirib.

Əfqan Muxtarlının Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:06:34 0:00

O, Tbilisidə mağazadan evinə gedərkən yolda oğurlanıb zorla avtomobilə oturulduğunu deyib.

“Başıma torba keçirdilər. Gözümdən sarğını açanda özümü Azərbaycanın Balakən rayonunda yerləşən sərhəd zastavasında gördüm”, Muxtarlı qeyd edib.

Jurnalist Azərbaycanın Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Bu qeyri mümkündür ki, iki generalın köməkçisi birdən xüsusi xidmətdə olsun. Bu sadəcə siyasi sifariş idi.

“Bu, məhkəmə deyil, tamaşa idi. Çünki bizim sübutlarımız, vəsatətlərimiz təmin olunmadı. Gürcüstan və Azərbaycvan tərəfində kamera görüntülərinin götürülməsi təmin edilmədi. Ərazidə (sərhəd xəttini nəzərdə tutur-red) ayaq izlərim, heç nə yoxdur ortada. Yəni, üzümə duranların hamısı Sərhəd Qoşunlarının əməkdaşlarıdır, iki polkovnik-leytenant,- onlardan biri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin köməkçisidir, digəri isə Sərhəd Qoşunlarının komandanı general Əsgərovun köməkçisidir. Digərləri bir kapitan, bir gizir, bir vaxtından artıq xidmət edəndir. Bu, qeyri mümkündür ki, iki generalın köməkçisi birdən xüsusi xidmətdə olsun. Bu sadəcə siyasi sifariş idi”, Muxrtarlı qeyd edib.

Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Onun fikrincə, oğurlanması ilə bağlı siyasi sifariş jurnaisit fəaliyyəti və Gürcüstandakı siyasi fəaliyyəti ilə bağlı yaranıb.

“Məndən əvvəl Gürcüstanda siyasi mühacir olmuş Mehman Qələndərli həbsxanada müəmmalı şəkildə ölüb. Daha doğrusu, mən hesab edirəm ki, o öldürülüb. Mən onunla uzun müddət yoldaşlıq etmişəm. Onun özünü öldürməsi mənim üşün heç cür inandırıcı deyil. Təəssüflər olsun ki, onun həm ölümü, həm də dəfni ictimaiyyətdən gizlədildi. Bu onu gəstərir ki, Gürcüstandakı siyasi mühacirlər izlənilir. Bu, Gözəl Byramlının (AXCP sədrinin həbsdəki müavini) işində verilən arayışda da özünü göstərdi. Oradan məlum olur ki, mən, Gözəl Bayramlı, Daşqın Ağalarov və digərləri izlənilib. Bütün bunlar deməyə əsas verir ki, mənim oğurlanmağım Azərbaycan və Gürcüstan hökumətlərinin birgə fəaliyyəti nəticəsində baş verib”, Muxtarlı deyib.

O, “oğurlanması faktı” üzrə Gürcüstanda qaldırılmış cinayət işi ilə bağlı münasibət bildirərkən deyib ki, Gürcüstan hökuməti istintaqı “nə şiş yansın, nə kabab” prinsipi ilə aparır.

Baş nazir Georgi Kvrikaşvili də işin üstünü örtməkdə maraqlıdır. Çünki bu cinayətin başında şəxsən özü durur.

“Məndə olan məlumata görə, Gürcüstan Sərhəd Qoşunlarının komandanının müvini, Laqodexidəki gömrük-nəzarət buraxılış məntəqəsinin rəisi və digər rəsmi şəxslər istintaq müddətində vəzifədən uzaqlaşdırılıb. Amma oğurlanmağımdan keçən 9 ay ərzində Gürcüstan hökuməti mənim mağazadan çıxıb evimə gedən yolda olan çoxsaylı kameranın görüntülərini nə mənə, nə də vəkillərimə verib. Sadəcə prezident dəfələrlə bəyanatlarında vurğulayıb ki, məni oğurlayıblar. Baş nazir Georgi Kvirikaşvili də işin üstünü örtməkdə maraqlıdır. Çünki bu cinayətin başında şəxsən özü durur”, jurnalist münasibət bildirib.

Jurnalist Gürcüstanda onunla bağlı aparılan cinayət işi üzrə hələ dindirilməyib.

“Məndə olan məlumata görə, Azərbaycan tərəfi mənim dindirlməyimə imkan vermir”.

O, ictimai müdafiəsini təşkil edən yerli və beynəlxalq ictimaiyyətə minnətdarlıq bildirib.

Əfqan Muxtarlı və Leyla Mustafayeva
Əfqan Muxtarlı və Leyla Mustafayeva

“Mənim və siyasi məhbusların müdafiəsi yüksək səviyyədə təşkil edilib. Onların müdafiəsindən asılı olmayaraq son qərarı Azərbaycan hökuməti verəcək. Hökumətin isə hansı qərar verəcəyini proqnozlaşdırmaq qeyri-mümkündür”, Muxtarlı deyib.

O ailə üzvləri ilə bağlı deyib ki, iki il əvvəl böyük qızını Almaniyaya göndərib.

Yoldaşım Leyla Mustafayeva da ölkədə tanınmış juranistlərdəndir. Bizdə olan dəqiq məlumata görə onun da barəsində cinayət işi qaldırılıb və barəsində həbs qərarı var.

“Çünki o, müxtəlif təqiblərə məruz qalırdı, təhdid olunurdu. Kiçik qızım ilə yoldaşım isə mənim həbsimdən sonra Almaniyaya gedib. Yoldaşım Leyla Mustafayeva da ölkədə tanınmış jurnalistlərdəndir. Bizdə olan dəqiq məlumata görə onun da barəsində cinayət işi qaldırılıb və barəsində həbs qərarı var”, jurnalist qeyd edib.

Muxtarlı səhhətinin normal olduğunu və saxlanma şəraitindən şikayəti olmadığını deyib.

“Saxlanma şəraitimdən heç bir narazılığım yoxdur. Həbsdə olduğum müddətdə səhhətimdə müxtəlif vaxtlarda müxtəlif problemlər olub. Şəkərim qalxıb, təzyiqimlə bağlı problemlər olub. Amma saxlanma şəraitim Azərbaycan standartları çərçivəsində həmişə yaxşı olub. Bir şikayətim yoxdur. Mənə münasibət yaxşı olub, kameram təmiz olub. Həbsxana işçilərindən və məhbuslardan hər hansı təzyiq görməmişəm. Münasibətləri həmişə yaxşı olub”, o deyib.

Xatırlatma

Jurnalist Ə.Muxtarlı 2017- ci il mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunub.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edib ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Bu ilin yanvarında o, məhkəmənin qəararı ilə 6 il həbs cəzası alıb.

Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini "siyasi sifariş" adlandırıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

XS
SM
MD
LG