Accessibility links

Fransa Xarici İşlər Nazirliyi Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb


Fransa bayrağı
Fransa bayrağı

Fransa Xarici İşlər Nazirliyi Turan agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb.

"Biz avqustun 24-də Bakıda Mehman Əliyevin həbs olunmasından narahatıq.

Fransa Azərbaycan hakimiyyətini öz beynəlxalq öhdəliklərinə, xüsusilə mətbuat azadlığına zəmanət və hörmətlə yanaşılması, hüquq sisteminin müstəqilliyi məsələlərində öz öhdəliklərinə hörmətlə yanaşmağa, həmçinin təqsirsizlik prezumpsiyasına əməl olunmasına çağırır", sənəddə qeyd edilir.

XS
SM
MD
LG