Accessibility links

Elmar Hüseynovun ad günüdür, 12 ildir qətlin üstü açılmır [Video]


Elmar Hüseynovun ad günüdür, 12 ildir qətlin üstü açılmır
please wait

No media source currently available

0:00 0:06:55 0:00

Elmar Hüseynovun ad günüdür, 12 ildir qətlin üstü açılmır

Jurnalistin ad günü məzarı önündə qeyd edilib

İyulun 17-də “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun 50 yaşı tamam olub. Dostları, ailə üzvləri, media təmsilçiləri, siyasi partiya rəhbərləri, ictimaiyyətin nümayəndələri Hüseynovun ad gününü onun qəbri önündə qeyd edib.

Elmar Hüseynovun məzarının önündə
Elmar Hüseynovun məzarının önündə

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. Onun qətlindən 12 il keçməsinə baxmayaraq hələ də qətlin sifarişçiləri tapılmayıb, qətli həyata keçirən şəxslər isə elan edilsə də Gürcüstandan Azərbaycana gətirilməsi istiqamətində işlər aparılmayıb.

AXCP sədri Əli Kərimli bildirib ki, bu günlərdə Elmarın qətli ilə bağlı məsələ xüsusi olaraq aktuallaşdırılmalıdır.

Əli Kərimli
Əli Kərimli

“Çünki bu günlərdə Azərbaycan hökuməti heç bir cinayət törətməmiş Əfqan Muxtarlını Tbilisinin mərkəzindən götürüb Azərbaycana gətirə bildi. 12 ildir ki, Azərbaycan xalqını aldadırlar ki, Elmarın qatilləri Tbilisidədir və biz onu gətirə bilmirirk. Bizim ülün hazırda praktik işlərdən biri məsələni beynəlxalq müstəviyə çıxarmaq olmalıdır. Necə olur ki, Azərbaycan hakimiyyəti Gürcüstanda şərlədib adam tutdura bilir (professor Fərman Ceyranovu da bunlar həbs etdirib), oradan zorakılıqla adamı maşına basıb Azərbaycana gətirə bilir. Amma, Elmarın hökumətin təqdim etdiyi qatilləri 12 ildir Gürcüstanda arxayın gəzə bilir”, Kərimli qeyd edib.

Çıxışlrada Elmar Hüseynovun qətlinin ölkədə tənqidi fikri susdurmağa yönəldiyi bildirilib.

İsa Qəmbər
İsa Qəmbər

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər deyib ki, Əliyev-Paşayev rejimi Elmar Hüseynov kimi çox güclü bir neçə şəxsiyyəti qətlə yetirib.

“Bu rejim yüzlərlə vətəndaşımızı uzunmüddətli həbs cəzlarına məruz qoyub, on minlərlə vətəndaşımıza zülm edib. Yüz minlərlə vətəndaşımızın ölkəni tərk etməsinə səbəb olub. Bu rejim milyonlarla vətəndaşımızın həyatını oğurlayıb. İstər Elmarın qatillərinin qanun qarşısında cavab verməsi üçün, istər minlərlə haqları pozulan insanın haqqının bərpa edilməsi üçün, istər ölkəsində xoşbəxt yaşamaq istəyən milyonlarlıa insanın geri dönməsi üçün hakimiyyət dəyişməlidir. Hakimiyyət xalqın nəzarətinə keçməlidir”, İsa Qəmbər qeyd edib.

Keçmiş “vicdan məhbusu” jurnalist Xədicə İsmayıl indi Elmar Hüseynov kimi jurnalistlərin Azərbaycanda olmadığından təəssüfləndiyini bildirib.

Xədicə İsmayıl
Xədicə İsmayıl

“Elmar sağ olsa idi indi həbsdə idi. Biz onun yaşını həbnsxananın qarşısında qeyd edəcəkdik. Amma, o yazdığı kimi davam edəcəkdi. Referendum olanda və birinci vitse-prezident təyin ediləndə öz-özümə düşünürdüm ki, Elmar bu hadisələrlə bağlı yazılarına hansı başlıqları qoyardı. Etiraf edək ki, o cür tənqidi yazılara bizim heç birimizin nə istedadı, nəd riski bəs etmir. Bu gün jurnalistikada Elmar cəsarəti çatmır”, Xədicə İsmayıl qeyd edib.

Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, Elmar Hüseynovun qətlindən sonra hər il media geriləyib.

Cəmil Həsənli
Cəmil Həsənli

“Hakimiyyətin yeritdiyi repressiya siyasəti Azərbaycanda azad mətbuatın qadağan olunmasına gətirib çıxarıb. Jurnalistika Azərbaycanda çox qorxulu bir peşəyə çevrilib. Biz hər həftə hansısa bir tənqidçi jurnalistin Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılmasının şahidi oluruq”.

Turan Agentliyinin direktoru Mehman Əliyev deyib ki, Elmar Hüseynov vaxtı ilə yazılarında bu günki böhranı təsvir edib.

Mehman Əliyev
Mehman Əliyev

“Biz indi dərin böhran keçiririk. Azərbaycanın vəziyyəti hər gün pisləşir. Hakimiyyət yenə azad mediaya, vətəndaş cəmiyyətinə və siyasi partiyalara basqılar edir. Yenə də susdurmaq istəyir. Amma, özü də getdikcə zəifləyir. Elmar Hüseynovun apardığı mübarizə və onun ölümü Azərbaycanın gələcəyi üçün çox ciddi zəmin yaradıb. Bu mübarizdə hakimiyyətin uduzacağı qaçılmazdır”.

Arif Hacılı
Arif Hacılı

Müsavat başqanı Arif Hacılı hesab edir ki, Elmar Hüseynov həyatda olmasa da yenə amalına xidmət edir.

“Elmar Hüseynov Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Nəcəf Nəcəfov kimi Azərbaycanın dayaqlarından biridir”, o qeyd edib.

XS
SM
MD
LG