Accessibility links

Jurnalistin oğurlanmasında Gürcüstan Təhlükəsizlik Xidmətinin iştirakı iddia edilir


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Müxalifətdə olan Avropa Gürcüstanı Partiyasının liderlərindən biri Givi Tarqamadze bildirib ki, Tbilisidə azərbaycanlı jurnalistin oğurlanmasını keçmiş baş nazir Bidzina İvanişvilinin qohumu təşkil edib. Bu barədə newsgeorgia.ge saytı (https://www.newsgeorgia.ge/targamadze-pohishhenie-afgana-muhtarly-v-tbilisi-organizoval-rodstvennik-ivanishvili/) yazıb.

İyunun 1-də Tbilisidə keçirilən mətbuat konfransında G.Tarqamadze bildirib ki, Əfqan Muxtarlının oğurlanmasını nüfuzlu azərbaycanlı biznesmen, Bidzina İvanişvilinin qohumu Uça Mamasaşvilinin tərəfdaşı sifariş edib.

Beləliklə, G.Tarqamadzenin sözlərinə görə, adı açıqlanmayan azərbaycanlı iş adamı müxalifətçi jurnalisti verməklə öz rəhbərliyinə hədiyyə etmək istəyib.

G.Tarqamadze əmindir ki, məhz bu səbəbdən azərbaycanlı jurnalist mayın 29-da Tbilisidə Gürcüstanın xüsusi xidməti tərəfindən oğurlanaraq Azərbaycana verilib.

Jurnalistin oğurlanmasından Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri və baş nazir Georgi Kvirikaşvilinin xəbəri olub.

"Əldə etdiyimiz səhih məlumata görə, Uça Mamasaşvilinin tərəfdaşı jurnalistin saxlanaraq Azərbaycana verilməsinə yardım göstərilməsini xahiş edib.

U.Mamasaşvili Azərbaycan nümayəndəsinin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri ilə görüşünü təşkil edib. Görüşdə onun müavini Soso Qoqaşvili də iştirak edib. Sonda bu işlə məşğul olmaq Soso Qoqaşviliyə tapşırılıb. Əməliyyata isə DTX-nin xüsusi təyinatlı dəstəsinin rəhbəri Zura Xarazişvili və iki xüsusi təyinatlı rəhbərlik edib", - G.Tarqamadze bildirib.

Onun versiyasına görə, jurnalisti oğurlayanlar kriminal polis formasında olublar. Onlar jurnalisti saxlayaraq maşına oturdublar.

Bundan sonra üç dəfə istiqaməti dəyişiblər. Öncə onu Qareci vasitəsilə Azərbaycana göndərmək istəyiblər, ancaq alınmayıb, sonra istiqaməti dəyişərək İormuqanlo tərəfə gediblər və yenə də keçirə bilməyiblər.

"Yolda məlum olub ki, Ə.Muxtarlının üzərində pasport yoxdur, həm də şəkər xəstəsi olduğundan halı pisləşib. "Sonda Soso Qoqaşvilinin şəxsi zəmanətilə jurnalisti Dedoplistskarodan DTX rəhbərinin söylədiyi "yaşıl sərhəd"ə aparıblar", G.Tarqamadze bildirib.

Məqalə ilə bağlı hələ rəsmi Tbilisi və rəsmi Bakı hələ şərh verməyib. Bununla yanaşı, Gürcüstanın prezidenti də daxil olmaqla demək olar ki, əksər cavabdeh şəxsləri Əfqan Muxtarlıının işi ilə bağlı münasibət bildirib və hadisəni pisləyib.

XS
SM
MD
LG