Accessibility links

Tbilisidə jurnalistin üçüncü ölkəyə verilməsinə etiraz ediblər


Tbilisidə jurnalistin üçüncü ölkəyə verilməsinə etiraz ediblər (Photo by: Mzia Saganildze)
Tbilisidə jurnalistin üçüncü ölkəyə verilməsinə etiraz ediblər (Photo by: Mzia Saganildze)

Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanaraq Azərbaycana verilməsinə qarşı parlamentin binası önündə keçirilən etiraz aksiyasına yüzə yaxın jurnalist, fəal və hüquq müdafiəçisi qoşulub.

Toplaşanlar əllərində insan hüquqlarını və beynəlxalq hüquq normalarını pozan Gürcüstan hakimiyyətini pisləyən şüar və plakatlar tutublar.

"Hüquqi əsas olmadan və bu cür amansız şəkildə insanı oğurlamaq və onu üçüncü ölkəyə vermək Avropa İttifaqına üzvlüyə iddialı olan Avropa Şurasının üzvü olan ölkə üçün yolverilməzdir", aksiya iştirakçılarından biri azərbaycanlı jurnalistlərlə söhbətində deyib.

Tbilisidə Əfqan Muxtarlının həbsinə etiraz ediblər
Tbilisidə Əfqan Muxtarlının həbsinə etiraz ediblər

Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva həyat yoldaşının pasportunu iştirakçılara göstərərək onun sərhədi qanunsuz keçmək istəməsi barədə Azərbaycan Baş Prokurorluğunun versiyasını rədd edib.

"Bu cür fikirlər gülüncdür. Kim sərhədi qanunsuz, pasportsuz keçər, hansı məqsədlə?", o sual edib.

Aksiya iştirakçıları Gürcüstan hakimiyyətindən baş verənlərin araşdırılmasını, insan hüquqları və demokratiyanın prioritet olduğunu bəyan edən demokratik ölkədə by cür halın baş verməsinə aydınlıq gətirilməsini tələb edib.

Hələ ki, Gürcüstan hakimiyyəti mayın 29-da axşam Tbilisidə Əfqan Muxtarlının oğurlanaraq pasportsuz Bakıya gətirilməsinə münasibət bildirməyib.

XS
SM
MD
LG