Accessibility links

Bakı apellyasiya məhkəməsi Xədicə İsmayılovanı həbsdə saxladı [Video]


Bakı apellyasiya məhkəməsi Xədicə İsmayılovanı həbsdə saxladı
please wait

No media source currently available

0:00 0:01:00 0:00

Bakı apellyasiya məhkəməsi Xədicə İsmayılovanı həbsdə saxladı

Jurnalist Xədicə İsmayılovanın apellyasiya şikayəti təmin edilməyib

Noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın apellyasiya şikayəti təmin edilməyib.

Məhkəmənin qərarı ilə jurnalist barəsində birinci instaniya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

X. İsmayılova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7,5 il müddətində azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan X.İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunur.

Jurnalist ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

"Amnesty İnternational" Xədicə İsmayılovanı "vicdan məhbusu" elan edib. Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, Böyük Britaniya, Fransa Azərbaycanı jurnalisti azad etməyə çağırıb.

XS
SM
MD
LG