Accessibility links

ABŞ səfiri məcburi köçkün məktəbinə “Amerikan Rəfi” adlı böyük kitab kolleksiyası hədiyyə edib [Fotoqalereya]


Kitab kolleksiyası
Kitab kolleksiyası

Kolleksiyaya İngilis və Azərbaycan dillərində dünya klassiklərinin və uşaq kitabları daxildir

Fevralın 21-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanıçı Anna Sekuta Bakının Yeni Qala qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulmuş məktəbin kitabxanasına həm ingilis, həm də azərbaycan dillərində dünya klassiklərinin və uşaq kitablarından ibarət “Amerikan Rəfi” adlı böyük kolleksiyası hədiyyə edib.

Məktəb ABŞ Səfirliyinin dəstəyi ilə inşa edilib və 2007-ci ilin fevralın 21-də istifadəyə verilib.

Təqdim etmə məraismində məktəb kollektivi, Xəzər rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, ABŞ Səfirliyinin Hərbi Əməkdaşlıq Şöbəsi tərəfindən Komandir Jay Mihal və Mayor Stephen Garvin iştirak edib.

Məktəbin mövcud olduğu on il ərzində səfirliyin Yeni Qala məktəbinə göstərdiyi dəstək nəticəsində məktəbi daha böyük sinif otaqları, müasir avadanlıq və sağlam şəraitlə təmin edəilrək tədris imkanlarını 5000-dən çox uşaq üçün inkişaf etdirib.

Belə təhsil bazası məcburi köçkün uşaqlarına özləri üçün, cəmiyyət üçün və bütövlükdə Azərbaycan üçün güclü gələcək formalaşdırmağa imkan yaradacaq.

Məlumatda deyilir ki, Yeni Qala məktəbi Birləşmiş Ştatların Müdafiə Departamentinin Humanitar Dəstək Proqramının Azərbaycanda tikintisinə dəstək göstərdiyi sayca on üçüncü məktəbdir. Həmin proqramın bir hissəsi olaraq, səfirlik 2018-ci ildə Bərdənin Güloğlular kəndində məcburi köçkünlər üçün tikiləcək on yeddinci məktəbin tikintisinə dəstək göstərməyi planlaşdırır.

1991-ci ildən etibarən ABŞ Azərbaycana dəstək məqsədilə 1,3 milyard dollar vəsait yatırıb. 2003-cü ildən etibarən ABŞ-ın Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərin yaşayışının və yaşayış şəraitinin təkmilləşdirilməsinə yönəlmiş humanitar dəstək layihələrinin, o cümlədən məktəblərin tikintisinə və su layihələrinə 5.5 milyon dollardan çox vəsait ayırıb. Ümumilikdə, ABŞ 1991-ci ildən etibarən məcburi köçkünlərə göstərilən dəstək üçün Azərbaycanı 125 milyon dollardan artıq vəsaitlə təmin edib.

XS
SM
MD
LG