Accessibility links

İki cildlik “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının təqdimatı


Kitab 1900-cu ildən günümüzə qədərki Cənubi Azərbaycan ədəbiyytı tarixini əhatə edir

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) ofisində “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” əsərləri ilə bağlı müzakirələr keçirilib.

İki cilddən ibarət kitabının ilk cildi 1813-1900-cı illəri əhatə edir. 9 fəsil, 480 səhifədən ibarət olan birinci cild 2009-cu ildə “Nurlar” nəşriyyatında dərc olunub.

11 fəsil, 680 səhifədən ibarət olan ikinci cild isə 2013-cü ildə “Qanun” nəşriyyatı tərəfindən ərsəyə gətirilib.

Kitab 1900-cu ildən günümüzə qədərki Cənubi Azərbaycan ədəbiyyatı tarixini əhatə edir.

Əsərlər haqda danışan partiya sədri, deputat Sabir Rüstəmxanlı Cənubi Azərbaycan ədəbiyyat tarixinin belə əsaslı şəlkildə öyrənilməsinin səbəbkarı kimi Azərbaycanın görkəmli yazıçılarından Mirzə İbrahimovun xidmətinin nəticəsi kimi dəyərləndirib.

Belə ki, XX əsərin 80-ci illərində Mirzə İbrahimovun Elmlər Akademiyası nəzdində yaratdığı “Cənubi Azərbaycan bölməsi” Cənubi Azərbaycan ədəbiyyat tarixinin əsaslı şəkildə öyrənilməsinə başlayıb.

Kitabların hazırlanmasına rəhbərlik edən professor Rəhim Əliyev Mirzə İbrahimovun yetişdirməsi və yetkin alim kimi xarakterizə edilib. Bu əsərlər də Rəhim Əliyevin alim yetkinliyinin nəticəsi adlandırılıb.

“Bu əsərlər hazırda Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı ən sanballı əsərlər sırasındadır və hətta ədəbiyyat mükafatlarına layiqdir”, deyə deputat əsərlərə dəyər verib.

Kitabda Güney Azərbaycanda ədəbi proseslərin inkişafı da təhlil edilib. Bu əsərələr mənəvi baxımdan Cənubi və Şimali Azərbaycan ədəbi düşüncəsinin bir-birindən çox da fərlqi olmadığını ortaya qoyur. Hətta bəzi sahələrdə Cənubi Azərbaycan ədəbi prosesinin Şimali Azərbaycanla müqayisədə irəli olduğu nəzərə çatdırılıb.

Əsərlərin redaktəsinə və nəşrə hazırlanmasına rəhbərlik edən Rəhim Əliyev Cənubi Azərbaycan ədəbiyyatına dünyada marağın artdığını deyib.

Türkiyədə bu marağın güclü olması xüsusi vurğulanıb. Ədəbiyyat tarixini düçüncə və tərzlərin tarixi sayan alim Cənubi Azərbaycanda ədəbi proseslərin inkişafda olduğunu qeyd edib.

Natiqlər bu əsərlərin daha iri həcmdə çap olunmasına dövlətin yardım göstərməsinin vacibliyini nəzərə çatdırıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG