Accessibility links

Ərdəbil mədə xərçəngi üzrə İranda ikinci yerdədir


Ərdəbil vilayətinin Tibb Elmləri Universitetinin müdiri vilayətin mədə xərçəngi xəstəliyinə görə ölkədə ikinci yerdə olduğun açıqlayıb.

Khabaronline xəbər agentliyinin yaydığı məlumata görə, "Mədə-bağırsaq və mədə xərçəngi kimi bəzi xərçənglərdə vilayət ölkədə ikinci yerdədir" - deyə, Qüdrət İxvan Əkbəri bildirib.

O həmçinin bildirib ki, qidalanma, genetika, torpaq və s. kimi müxtəlif amillər xərçəng xəstəliyinə təsir göstərə bilər, lakin Ərdəbil vilayətində tam olaraq mədə xərçənginin əsas amilinin nə olduğunu dəqiqləşdirə bilmirik.

Ötən ilin noyabr ayında İran Azərbaycanında sosial media istifadəçiləri Araz çayından bir sıra video və fotolar paylaşmışdılar. Həmin video və fotolarda Araz çayının rənginin dəyişdiyi müşahidə olunurdu. Bəzi sosial şəbəkə istifadəçiləri Araz çayının rəng dəyişmə səbəbini Ermənistan sənayesinin tullantılarını bu çaya axıtması ilə əlaqələndirirdilər.

Ərdəbil vilayətinin Tibb Elmləri Universitetinin müdiri bu barədə bildirib ki, Araz suyu uran və kimyəvi maddələrlə çirklənmir və Tibb Elmləri Universiteti araşdırmalarında çirklənmiş su və qidanı müşahidə etməyib.

Biləsuvar və Parsabad rayonlarının İran parlamentindəki millət vəkili Şəkur Purhüseyn daha əvvəl vilayətdə xərçəng xəstəliyinin çoxalmasının səbəbini Ermənistan sənayesinin kimyəvi tullantılarını Araz çayına axıtması nəticəsində baş verdiyini bildirmişdi.

Şərqi Azərbaycan vilayətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlər Araşdırma və Tədris Mərkəzinin müdiri Əhməd Baybordi keçən ilin noyabr ayında Twitter hesabında Araz çayında alüminiumun yüksək konsentrasiyasının müəyyən olunduğunu bildirmişdi.

XS
SM
MD
LG