Accessibility links

"MDB amorf qurumdur" [Audio-Müsahibə]


"SSRİ dağılanda qorxu var idi ki, MDB SSRİ-ni əvəzləyə bilər, yenidən imperiya formalaşa bilər. Amma bu, baş vermədi," deyə Atlas Araşdırmaları Mərkəzinin rəbəri Elxan Şahinoğlu Müstəqil Dövlətlər Birliyi adlann qurumun bu günlərdə keçirdiyi qeyri-formal sammiti şərh edir. Onun sözlərinə görə Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da qatıldığı tədbirdə müzakirə mövzuları ümumi xarakter daşıyır. Belə ki, hər bir dövlət öz maraqlarına uyğun siyasət yürüdür. Və bir çox hallarda bu maraqlar toqquşmuş olur.

please wait

No media source currently available

0:00 0:08:26 0:00

Geosiyasət üzrə ekspert görüşün əhəmiyyətindən danışarkən burada 2017-ci ildə Rusiyanın MDB-yə sədrliyinə yekun vurulduğu və müxtəlif sahələrdə gələcək inkişaf məsələləri ilə bağlı fikir mübadiləsi aparıldığını bildirib.

O, bir zamanlar MDB-nin Sovet İttifaqını əvəz edəcəyi barədə fikirlər mövcud olduğunu deyib. Lakin Elxan Şahinoğlu hazırda müstəqillik əldə edən respublikaların fərqli maraqlarının bunu imkansız etdiyini vurğulayıb.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Ekspertin fikrincə, Azərbaycanın bu kimi tədbirlərə marağı yoxdur. Azərbaycan yalnız fikir mübadilələri üçün tədbirə qatılıb.

"Təsəvvür edin ki, üzv dövlətlərdən biri o biri dövlətin ərazisini işğal edib. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Rusiya Gürcüstan və Ukrayna torpaqlarını işğal edib," deyə Şahinoğlu tədbirə qatılan dövlətlər arasındakı təzadlara diqqət çəkir.

Görüşdə müzakirəyə çıxarılan məsələlərə toxunan Şahinoğlu ümumi məsələlərin gündəmdə olduğunu deyib. O, Rusiynın Suriya müharibəsindəki qələbəsi, dövlətlər arasında münasibətlər kimi mövzulara toxunulduğunu bildirib.

Rusiyanın dəstəklədiyi separatçılar Ukrayna qüvvələrinə qarşı həmin ölkənin şərqində aktiv döyüşlər aparır.
Rusiyanın dəstəklədiyi separatçılar Ukrayna qüvvələrinə qarşı həmin ölkənin şərqində aktiv döyüşlər aparır.

Azərbaycan və Ermənistan arasında gərginliklərin artdığı bir vaxt hər iki ölkəni silahla təmin edən Rusiyanın Dağlıq Qarabağ münaqişəninin nizamlanmasındakı gələcək roluna gəlincə, ekspert Rusiyanın bunda marağı olmadığını deyib.

Bu sualın illərdir Azərbaycanda dolaşdığını deyən analitik bildirib ki, Rusiyanın bu münaqişəni həll ediləcəyinə dair gözləntilər özünü doğrultmayıb.

“Olmadı. 2016-ci ildə görüşlər nəticə vermədi. 2017-ci ilin lap əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağın Azərbaycanın daxili işi olmadığını bildirdi. Bu, Azərbaycan hakimiyyəti və xalqına bir mesaj idi ki, bizsiz bu məsələni həll edə bilməzsiniz.”

Narkotik qaçaqmalçılıq və terrorizmlə mübarizə kimi Rusiyanın maraqlarına zidd olmayan məsələlərdə də o ölkənin lazımi iş görmədiyini deyən siyasi şərhçi Rusiyanın Dağlıq Qarabağa nəzarət etmədiyini bəhanə gətirir.

2017-ci ilin lap əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağın Azərbaycanın daxili işi olmadığını bildirdi. Bu, Azərbaycan hakimiyyəti və xalqına bir mesaj idi ki, bizsiz bu məsələni həll edə bilməzsiniz.

Sammitdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Tacikistan prezidenti Emomali Raxmon və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edib.

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov görüşdə iştirak etməyib. Bir müddət əvvəl Kremlin mətbuat xidməti Putinin Berdımuhammedovla telefonla ikitərəfli gündəliyin aktual məsələlərini, habelə MDB çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə etdikləri barədə məlumat yaymışdı.

XS
SM
MD
LG