Accessibility links

Məcid Araz: Ərdəbildə bir ‘silahlı’ qrupun liderinin həbsi xəbəri həqiqəti əks etdirmir


Məcid Araz: Ərdəbildə ‘silahlı’ qrupun liderinin həbs olunma xəbəri həqiqəti əks etmir
please wait

No media source currently available

0:00 0:13:56 0:00

Məcid Araz: Ərdəbildə ‘silahlı’ qrupun liderinin həbs olunma xəbəri həqiqəti əks etmir

Siyasi fəal Məcid Araz Tasnim xəbər agentliyininn iyunun 14-də yayımladığı “Türk Xalq Fədayi Çərikləri” adlı qrupun liderinin həbs edilmə xəbəri ilə bağlı Amerikanın Səsinə ətraflı məlumat verib. O, İran Azərbaycanında belə bir silahlı qrupun olduğunu əsassız və həqiqətdən uza və həmin xəbərlərin İslam İnqilabı Qvardiyası tərəfindən yayımlanmasını məqsədyönlü addımlar kimi dəyərləndirib.

İyunun 14-də İranda İslam İnqilabı Qvardiyasına yaxın olan Tasnim xəbər agentliyi “Türk Xalq Fədayi Çərikləri” adlı bir "silahlı və separatçı" qrupun əsas liderinin həbs edildiyini yayımlaşıdı. İran Azərbaycanında siyasi fəallar xüsusi ilə sosial mediada bu adda bir qrupun əslində mövcud olmadığını irəli sürərək xəbərin tam şəkildə həqiqəti əks etmədiyini ifadə edirdilər.

"Ərdəbil vilayətinin Səreyin rayonunda yerləşən bir kənddə Ramin Danəndə adlı bir milli-mədəni fəalı saxlanılıbdır. Orada bizim yerli mənbələr və şahidlərdən aldığımız məlumata əsasən, bu fəalın həbs edilməsi kənddə bir telekommunikasiya qülləsinin yerləşdirilməsinə etiraz etməsi ilə əlaqədardır" - deyə, Məcid Araz söyləyib.

Məcid Araz həmçinin Səreyin rayonunun bir kəndində əhalinin tele-kommunikasiya qülləsinin yerləşdirilməsi ilə bağlı əhalinin etirazları əsnasınsa Ramin Danəndə adlı vətəndaşın sərt ifadələrdən istifadə etməsindən sonra tele-kommunikasiya idarəsi həmin şəxs haqqında məhkəməyə şikayət verib. O, məsələnin sıradan bir etiraz məsələsi olduğunu irəli sürüb.

"Aldığımız məlumata görə, Ramin bəy bir neçə gün polisdən qaçır və daha sonra İslam İnqılabı Qvardiyası qüvvələri tərəfindən saxlandıqdan sonra məsələnin mahyyəti bir anda dəyişir və bir silahlı təşkilatın lideri kimi saxlandığı mediada əks etdirilir ki, əslində heç də elə bir şey ortada yoxdur"-deyə, o bildirib.

Məcid Araz keçən illərdə də bunabənzər xəbərlərin yayıldığını və İran hökumətinin hər hansı bir sıradan etirazı, sosial media paylaşımını böyük məsələyə çevirərək fəallara qarşı repressiya tətbiq etdiyini deyib.

Siyasi fəal İran Azərbaycanında hərəkatın sadəcə sosial mediada və söz səviyyəsində olduğunu irəli sürüb, təşkilatlar və fəallar arasında silahlı mübarizəyə hələlik müsbət baxılmadığını deyib.

XS
SM
MD
LG