Accessibility links

Marağa şəhərinin bələdiyyə başqanı korrupsiya ittihamı ilə həbs edilib


Şərqi Azərbaycan vilayətinin Marağa şəhərinin bələdiyyə başqanı korrupsiya ittihamı ilə həbs edildiyi bildirilir.

Farsnews xəbər agentliyi Məhəmmədrza Əhmədi Şərqi Azərbaycan vilayətinin kəşfiyyat idarəsi Ettelaat tərəfindən həbs edildiyi barədə məlumat yayıb.

Həmin xəbər agentliyinin məlumatına görə, bu mövzu ilə bağlı Şərqi Azərbaycan məhkəmə sistemində iş açılıb.

Xəbərdə bu işlə bağlı digər şəxslərin həbs olunma ehtimalı olduğu qeyd edilib. Məhəmmədrza Əhmədi 2016-cı ilin noyabr ayında Marağa şəhər məclisi tərəfindən bələdiyyə başçısı seçilmişdi.

İSNA xəbər agentliyinin məlumatına əsasən, Marağa şəhər məclisinin rəhbəri mövzu ilə bağlı münasibət bildirərək, Marağa bələdiyyə başçısının bazar günündən bəri iş yerində hazır olmadığı və onun vəzifələrini müavini yerinə yetirdiyini bildirib.

O, bu haqda şəhər məclisinə müvafiq qurumlardan heç bir məktub gəlmədiyini vurğulayıb.

Marağa şəhərinin meri də bu haqda heç bir məlumatının olmadığını bildirib.

İranda şəhər məclisləri və bələdiyyə rəsmiləri arasında rüşvət və korrupsiya xəbərləri və bu qurumların üzvlərinin həbs edilmə xəbəri son illərdə daha sıx bir şəkildə yayımlanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG