Accessibility links

Maykl Blumberq təhsil aldığı universitetə $1 milyard 800 milyon hədiyyə edib


Nyu-York şəhərinin sabiq meri və milyarder Maykl Blumberq 1964-cü ildə bitirdiyi Cons Hopkins Universitetinə 1 milyard 8 yüz min dollar hədiyyə edib.

O bu barədə Twitterdə yazıb. Blumberqin sözlərinə görə, bu vəsait tələbələrə onların maddi vəziyyətini nəzərə almadan universitetə qəbul olmaq imkanı verəcək.

Milyarder The New York Times-a açıqlama verərək bildirib ki, onun bu qərarının əsas səbəblərindən biri ali təhsil almaq imkanı olmayan, yoxsul yuxarı sinif uşaqlarının diskriminasiyası olub. Ailənin bank hesabının həcmi heç bir məktəb məzunu üçün kollecə gedən yolda maneə olmamalıdır, lakin bu həmişə baş verir, o yazıb.

"Nəticədə yüksək gəlirli ailələrdən olan tələbələrə daha çox yer saxlamaq üçün aşağı və orta gəlirli ailələrdən yüksək qiymətləri olan namizədlərdən imtina edilir" - deyə, Blumberq bildirib.

Milyarder özünün kasıb ailədən çıxdığını söyləyib. Lakin kredit və tələbə vaxtı işlədiyi yarım günlük işi ona Hopkins Universitetinin diplomunu əldə edərək "Amerika arzusuna" çatmasına şərait yaradıb.

XS
SM
MD
LG