Accessibility links

Mayk Pompeo: İran xalqı korrupsiya və ədalətsizlikdən yorulub


ABŞ dövlət katibi Mayk Pompeo İranda etirazlarla bağlı bəyanat verib.

“İran hökuməti istər Suriyada avantüra, istər Hizbullah, Həmas, ya da husilərə dəstək olsun, istərsə də nüvə proqramının faydasız davam etdirilməsi, bunlar yalnız İran xalqının əziyyətlərini artıracaq. Mənim əvvəllər də dediyim kimi, İranda etirazların davam etməsi heç kəsi təəcübləndirməməlidir. İran xalqı öz liderlərindən ölkənin sərvətlərinin bölüşdürülməsi və onların legitim ehtiyaclarını ödəməsini istəyirlər”, Mayk Pompeo bəyanatında bildirib.

Tehranda etirazlar, 25 iyun, 2018.
Tehranda etirazlar, 25 iyun, 2018.

ABŞ dövlət katibi Vaşinqtonun Tehranın etirazları dağıtmasını və nümayişçiləri həbs etməsini pislədiyini vurğulayıb.

“Biz hökumətin eyni nəticəsiz repressiya, etirazçıların həbsi və iranlıların ümidsizliyinin inkarı taktikasını qınayırıq. İran xalqı korrupsiya, ədalətsizlik və öz liderlərinin səriştəsizliyindən yorulub. Dünya onların səsini eşidir”, dövlət katibi Pompeo bəyanatında bildirib.

XS
SM
MD
LG