Accessibility links

Mayk Pens - Tələbkar prezidentin dəstəkçisi


Mayk Pens - Tələbkar prezidentin dəstəkçisi
please wait

No media source currently available

0:00 0:03:09 0:00

ABŞ-ın vitse-prezidenti Mayk Pens impiçment məhkəməsi boyu və kabinetdə bir çox dəyişiklərlər kimi Trampın hakimiyyəti altında Ağ Evi sarsıdan hadisələrdə prezidentin yanında dayanıb. O, beynəlxalq elçi rolunda çıxış edib və COVID-19-la mübarizədə aparıcı rol oynayıb.

Vitse-prezident elan edməsindən bəri İndiananın keçmiş qubernatoru Mayk Pens Trampın tam dəstəkçisi olub. "Donald Tramp bunu bilir və o, Amerika xalqını başa düşür."

Vitse-prezidentin tarixçisi Pensin Tramp üçün yardımçı rol oynadığını deyir. Seint Luis universitetindən Coel Qolşteyn: “Ona məsləhətlər verirdi. Konqreslə işləyir, bir növ qanunvericilərlə vasitəçi kimi çıxış edirdi. Diplomatik səfərlər edirdi.“

Yanvar ayının sonlarında koronavirus ölkədə yayılmağa başlayandan sonra Ağ Evin Koronavirusa qarşı Mübarizə Qrupunun rəhbəri vəzifəsini icra etməyə başlayan Pens bəzən mübahisəli siyasi təklifləri verib. “Biz məktəbləri təhlükəsiz şəkildə açmaq istəyirik. Uşaqlar üçün riskin çox azdır."

Vitse-prezidentlər həmişə aktiv rol oynamayıb. Vitse-prezident Lindon Conson prezident Con Kennedinin kölgəsində qalmışdı. Lakin təhlilçilər son bir neçə administrasiyada bunun dəyişdiyini deyir. "Fikrimcə vitse-prezidentlik vəzifəsi Karter-Mondeyl administrasiyası dövründən bəri həqiqətən dəyişib. Vitse-prezidenti bütün məsələlərdə prezidentin məsləhətçisi olub və problemləri həll edib. Və o vaxtdan bəri bütün prezidentlər bir qədər fərqlə bu sxemə uyğun hərəkət edir” - deyə, Coel Qolşteyn bildirir.

Çoxları vitse-prezident Dik Çeynini prezident Corc Buşun xarici siyasət və milli təhlükəsizlik məsələlərində hərəkətverici qüvvəsi olaraq görürdü. Vəkil Rib Brounel: “Fikrimcə Donald Tramp Dik Çeynini vitse-prezident olmasını istəməzdi. Siz istədiyiniz vitse prezidenti seçir və ona istədiyiniz səlahiyyətləri verirsiniz. Tramp isə açıq şəkildə bu cür səlahiyyətlərə sahib olan və bəzi hesabları bölüşməli olacağı birini yanında istəməzdi."

Evangelist xristian olan Pens dini mühafizəkarlar arasında da Trampın nüfuzunu artərmağa nail oldu.

O, Trampın immiqrasiya siyasətinin sərtləşdirilməsini və məhkəmələrə mühafizəkarların təyin edilməsini dəstəklədi. Rusiyaya qarşı daha sərt addımlar atmasına nail olsa da, o, cinsi təcavüzdə ittiham edilən Alabama Senatına namizəd Roy Mura qarşı olduğu kimi, nadir hallarda özünü Trampdan uzaqlaşdırıb.

Təhlilçilərin fikrincə Pens indiyə qədər ofisdə mühüm bir iz qoymayıb. "Mən onu hər iki partiyadan olan digər vitse-prezidentlərin çoxundan fərqli və görkəmli bir şəxsiyyət kimi görmürəm."

Təhlilçilər onu da qeyd edirlər ki, yerli rəsmilərin vəziyyəti daha da ağırlaşdırdığını deməsindən sonra Portlanddakı iğtişaşlar zamanı federal qoşunların geri çəkilməsində Pensin rolu böyük olub.

İctimaiyyət qarşısında həmişə prezidntinə sadiq olduğunu göstərən və tez-tez onun kölgəsində dayanan Pensin pərdə arxasındakı nüfuzu və ya əksər təhlilçilərin Trampın referendumu kimi baxdığı noyabr seçkisində hansı dəyişiklik gətirə biləcəyi məlum deyil.

XS
SM
MD
LG