Accessibility links

Cim Mattis: Türkiyənin hücumu diqqəti İŞİD-ə qarşı mübarizədən yayındırır


ABŞ müdafiə naziri Cim Mattis İndoneziyada həmkarı Ryamizard Ryacudu ilə birgə mətbuat konfransında, Cakarta, 23 yanvar, 2018.
ABŞ müdafiə naziri Cim Mattis İndoneziyada həmkarı Ryamizard Ryacudu ilə birgə mətbuat konfransında, Cakarta, 23 yanvar, 2018.

ABŞ müdafiə naziri Cim Mattis Türkiyənin Suriyanın şimalında ABŞ-ın müttəfiqi olan kürd hərbi dəstələrinə qarşı hücumu ilə bağlı kəskin açıqlama verərək, hücumun diqqəti İŞİD-ə qarşı mübarizədən yayındırdığını deyib.

“Afrində hücum Suriyada nisbətən sabit ərazidə vəziyyəti pozur. Bu, diqqəti İŞİD-in məğlub edilməsi səylərindən yayındırır və İŞİD və Əl-Qaidə bundan istifadə edə bilər”, Mattis İndoneziyada müxbirlərə bildirib.

Türkiyənin tankları Suriyanın şimalında Afrinə daxil olur, 22 yanvar, 2018.
Türkiyənin tankları Suriyanın şimalında Afrinə daxil olur, 22 yanvar, 2018.

Türkiyə keçən həftə ölkənin Suriya ilə sərhədi boyu kürdlərin nəzarətində olan Afrin bölgəsində hücumlara başlayıb. Əməliyyatın məqsədi Kürdüstan Xalq Müdafiə Birləşmələri, ya da YPG-nin ərazidən çıxarılmasından ibarətdir.

“Biz Türkiyəni hərbi əməliyyatların gedişi və ritorikasında təmkin göstərməyə və əməliyyatların miqyası və müddəti baxımından məhdud aparılmasına çağırırıq”, Mattis əlavə edib.

Afrin, Suriya
Afrin, Suriya

Bazar günü ABŞ müdafiə naziri NATO üzvü olan Türkiyənin Birləşmiş Ştatları hücumdan əvvəl xəbərdar etdiyini bildirmişdi. O zaman Mattis Türkiyəni tənqid etməmişdi. Lakin bu gün açıqlama verərkən onun tonu fərqli olub.

“Afrin ərazisində biz humanitar yardımın çatdırıldığı və qaçqınların geri döndüyü bir məqama çatmışıq. Türkiyənin müdaxiləsi bu səyləri pozur”, Mattis bildirib.

YPG döyüşçüləri
YPG döyüşçüləri

Türkiyə ABŞ tərəfindən dəstəklənən kürd döyüşçülərini müttəfiqi olan Vaşinqtonla münasibətlərin ən gərgin həddə çatdığı bir vaxt hədəf alır.

Rəsmi Ankara YPG-ni otuz ildir Türkiyənin əsas etibarilə kürdlərin yaşadığı cənub-şərq bölgəsində silahlı mübarizə aparan fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyası (PKK)-nın bir qolu sayır. Birləşmiş Ştatlar isə YPG-ni Suriyada İslam Dövləti qruuna qarşı mübarizədə efffektiv tərəfdaş hesab edir.

XS
SM
MD
LG