Accessibility links

Masaüstü oyunlar və ünsiyyət [Video]


Masaüstü oyunlar və ünsiyyət
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Masaüstü oyunlar və ünsiyyət

Növbə gözləmək, riskə hazır olmaq və qaydalardan kənara çıxmamaq kimi vərdişləri insan oyunlar oynamaqla öyrənə bilər. Misal olaraq, dostlarla oturub, kiçik fiqurları hərəkət etdirdiyimiz köhnə masaüstü oyunları göstərmək olar. Bu oyunların əksəriyyətində yalnız bir qalib olur, digərləri isə məğlubiyyəti qəbul etmək məcburiyyətində olurlar. Amma yeni oyunlar var ki, qələbəni yalnız birlikdə qazanmaq olar. Burada, masa ətrafındakı yoldaşlarında əməkdaşlıq etməsən məğlub olacaqsan.

Bu gənclər dünyanı xəstəliklərdən və ölümdən xilas edirlər. Onlar uğursuz olsalar, bəşəriyyət məhv olacaq. Onu da demək lazımdır ki, “Pandemik” adlı bu masaüstü oyunda xəstəliklər əksər hallarda qalib gəlir.

“Mən daha öncə xeyli kompüter oyunları oynayırdım və bu çox maraqlı idi. Amma, elə oyunlarda ekranın önündə oturub, heç kimlə ünsiyyətdə olmursan. Bu masaüstü oyunda isə yoldaşlarınla ünsiyyətdəsən.”

“Mən daha öncə xeyli kompüter oyunları oynayırdım və bu çox maraqlı idi. Amma, elə oyunlarda ekranın önündə oturub, heç kimlə ünsiyyətdə olmursan. Bu masaüstü oyunda isə yoldaşlarınla ünsiyyətdəsən.”

Onlar bu oyunları Kaliforniyanın Berkley şəhərində kafelərin birində oynayırlar. Kafenin əməkdaşı Nora, bu oyunların ünsiyyət üzərində qurulduğunu deyir.

“Burada sən həm düşünə bilir, həm də oyunun gedişatını görə bilirsən. Amma, ən əsası ünsiyyətdə olursan.”

Bu kafedə olan masaüstü oyunların əksəriyyəti rəqabət oyunlarıdır. Buna baxmayaq, Nora “Pandemik” kimi əməkdaşlıq oyunlarına üstünlük verir.

“Əməkdaşlıq oyunlarında insanı rahat edən nəsə var. Yəgin ki, oyunu birliklə oynamalı olduğundandır.”

“Əməkdaşlıq oyunlarında insanı rahat edən nəsə var. Yəgin ki, oyunu birliklə oynamalı olduğundandır.”

Başqa bir kafedə isə bu masaüstü oyun yoldaşları rəqabəti daha çox sevirlər.

“Əməkdaşlıq oyunlarında sən həyacanı hiss edə bilmirsən. Elə oyunlarda nə cərimə, nə də mükafat olur. Düzdür, televizora baxmaqdan daha yaxşıdır.”

Hər bir halda, əməkdaşlıq oyunlarının öz pərəstişkarları var. Yonninin komandası kimi. Problemləri birlikdə həll etmək onlara zövq verir.

“Bizim çox yaxşı komandamız var. Biz komanda kimi bir birimizlə əməkdaşlıq edə bilməsəydik, həmişə məğlub olardıq.”

Masaüstü oyun həvəskarları isə deyirlər ki, növündən asılı olmayaq hər kəs özünə uyğun oyun tapa bilər.

XS
SM
MD
LG