Accessibility links

Lənkəranda dindarlara hökm oxunub


Masallı dindarları
Masallı dindarları

Xeber44.com nəşrinin baş redaktoru Araz Quliyev və daha 7 nəfər azadlıqdan məhrum edilib

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Xeber44.com online-nəşrin baş redaktoru, sentyabrda həbs edilmiş Araz Quliyevin və daha 7 nəfərin işi üzrə hökm çıxarılıb.

Vəkil Fariz Namazlının Turan-a verdiyi məlumata görə, A.Quliyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının dövlət bayrağı və ya Azərbaycan Respublikasının dövlət gerbi barədə təhqiredici hərəkətlər) təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Digərləri Xalid Kazımov 8 il, Ziya Tahirov 7 il, Rza Ağalı 7 il, Namiq Kişiyev 4 il 6 ay , Surac Ağayev 5 il, Nicat Əliyev 4 il 6 ay azadlıqdan məhrum edilib və Vüsal Quliyevə isə 3 il 6 ay şərti cəza verilib.

Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi A. Quliyev özünü ona qarşı irəli ittihamlarla günahkar saymadığını bildirib. O, bu ittihamların səbəb kimi hakimiyyəti tənqid edən yazılar yazmasını göstərib.

Vəkil həmçinin 324 (Azərbaycan Respublikasının dövlət bayrağı və ya Azərbaycan Respublikasının dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsində heç bir maddi subutun olmadığını gətiriərək bu maddənin nədən ona verildiyini anlamır. Buna görə də vəkil ona verilmiş bu ittihamlarla razılaşmayaraq hüquqlarının müdafiə elədiyi şəxsin həbsini siyasi sifarişli sayıb.

Digər müttəhimlər də özlərini təqsirli saymadıqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG