Facebook şirkətinin icraçı direktoru Mark Zukerberq müsəlmanları sosial medianın onlar üçün hər zaman açıq olduğuna əmin edib.
Facebook səhifəsində yazdığı qısa mesajda Zukerberq bildirib ki, Parisdə İslam Dövləti qrupunun törətdiyi terror hücumlar və ABŞ prezident seçki kampaniyasında respublikaçı namizəd Donald Trampın müsəlmanların ABŞ-a gəlməsinə qadağa qouylması ilə bağlı çağırışından sonra “o, müsəlmanların başqalarının hərəkətlərinə görə cəzalandırıla biləcəkləri ilə bağlı qorxularını təsəvvür etməyə çalışır.”
“Biz sizin hüquqlarını müdafiə etmək uğrunda mübarizə aparağıq və sizin üçün dinc və təhlükəsizlik mühit yaradacağıq”-Mark Zukerberq
Mark Zukerberq bildirib ki, bir yəhudi kimi valideynləri ona bütün icmaların üzvlərini onlara qarşı hücumlardan qorumalı olduğunu öyrədib. “Hətta bu gün bu hücum sənə qarşı olmasa, başqa vaxt azadlığa qarşı edilə hücum hamıya təsir edəcək”-deyə Mark Zukerberq bildirib.
O, Facebook şəbəkəsinin müsəlmanlar üçün hər zaman açıq olduğunu bildirib və “biz sizin hüquqlarını müdafiə etmək uğrunda mübarizə aparağıq və sizin üçün dinc və təhlükəsizlik mühit yaradacağıq” yazıb.