Accessibility links

Mark Behrendt: Birləşmiş Ştatlar dünya boyu demokratiyanın təbliğində lider olmalıdır


Mark Behrendt: Birləşmiş Ştatlar dünya boyu demokratiyanın təbliğində lider olmalıdır
please wait

No media source currently available

0:00 0:15:20 0:00

Freedom House təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt Amerikanın Səsinə müsahibədə demokratiya və insan haqlarının təbliği sahəsində yeni Bayden administrasiyasından gözləntilərdən danışıb. Behrendt həmçinin Bayden administrasiyasının Azərbaycanla bağlı siyasəti ilə bağlı proqnozları şərh edib.

Amerikanın Səsi: Cənab Behrendt, ABŞ-da artıq yeni administrasiya işə başlayıb və əlbəttə ki, bu administrasiyadan yeni gözləntilər var. Mənim ilk sualım odur ki, sizcə Bayden administrasiyasından dünya boyu demokratiya, insan haqları və azadlıqların təbliği məsələsində nələr gözlənilir?

Mark Behrendt: Yeni administrasiya və onun demokratiya və hüquqlara yanaşması Freedom House-u çox həyəcanlandırır. Biz hər zaman deyirik ki, Birləşmiş Ştatlar dünya boyu demokratiyanın təbliğində lider olmalıdır. Buna səbəb təkcə bizim nümunə olmağımız deyil, çünki bizdə də qüsurlar var və biz Birəşmiş Ştatlarda hər şeyi mükəmməl olaraq görmürük. Buna səbəb odur ki, demokratiya və haqlar beynəlxalq sistemin mərkəzində olmalıdır. Birləşmiş Ştatlar lider ola bilər. Biz lider olmalıyıq. Bizdə dünya boyu insan haqları müdafiəçiləri və başqa müttəfiqlər və fəallarla bölüşə biləcəyimiz bir şey var. Biz öz demokratiyamızı inkişaf etdirməyə və işlədiyimiz hər yerdə də demokratiyanı təbliğ etməyə çalışırq. Bu, Freedom House-un perspektividir. Biz bunun irəliyə doğru aparan vacib bir yol olduğunu düşünürük.

Biz hər zaman deyirik ki, Birləşmiş Ştatlar dünya boyu demokratiyanın təbliğində lider olmalıdır. Buna səbəb təkcə bizim nümunə olmağımız deyil, çünki bizdə də qüsurlar var və biz Birəşmiş Ştatlarda hər şeyi mükəmməl olaraq görmürük. Buna səbəb odur ki, demokratiya və haqlar beynəlxalq sistemin mərkəzində olmalıdır.

Amerikanın Səsi: Co Bayden Obama administrasiyasında vitse-prezident vəzifəsində çalışıb. Sizcə onun qlobal miqyasda demokratiyanın inkişafı məsələsindəki xarici siyasəti Obamanın yürütdüyü siyasətlə eynimi olacaq, yoxsa fərqlimi?

Mark Behrendt: Hər administrasiya fərqlidir və əlbəttə ki, dünya da son dörd ildə dəyişib. Yəni hətta Obama administrasiyası da eyni vəziyyətdə eyni adamlarla dünyaya fərqli gözdən baxardı. Prezident Bayden ayrı bir insandır və mən düşünürəm ki, o və Kamala Harris vəziyyəti son dörd ildə dünya boyu üzləşdiyimiz çətinlikləri nəzərə alaraq təhlil edəcək və müvafiq qaydada həll etməyə çalışacaq. Fikrimcə son dörd ildə aydın oldu ki, əsas oyunçuların gündəmindən insan haqları və demokratiyanın çıxması problemdir. Birləşmiş Ştatların və əlbəttə ki, Rusiya Federasiyasının və ya Çinin və hətta Azərbaycan üçün mühüm olan ATƏT kimi təşkilatlara üzv olan ölkələrin diqqətini ondan ayırması problemdir.

Bilirsiniz, illərdir demokratiyaya doğru gedən və hətta demokratiyadan uzaqlaşan ölkələr ən azından razılaşdıqları beynəlxalq öhdəliklərə etimad edirdilər. Beynəlxalq sistem də bu razılıqlara əsaslanır. Birləşmiş Ştatların özünün də bunu etməsi çox vacibdir. Eyni zamanda isə ABŞ, məsələn Azərbaycan üçün vacib olan ATƏT kimi təşkilatların digər üzv ölkələrini azad və ədalətli seçki, qanunun aliliyi, haqlar və azlıqların müdafiəsi kimi öhdəlikləri qarşısında cavabdeh tutmalıdır.

Bunların hamısı hər kəs üçün fundamental təhlükəsizlik narahatlıqlarıdır və biz buna arxamızı çevirə bilmərik. Son dörd ildə administrasiyanın insan haqları və demokratiyanı gündəminin başında tutmaması hər şeyin necə sürətli şəkildə pisləşə biləcəyinin yaxşı nümunəsidir.

Amerikanın Səsi: Birləşmiş Ştatlar dünya boyu demokratiyanın nümunəsi və müdafiəçisi olaraq görülürdü, lakin son bir neçə ildə bu dəyişib. Belə ki, ABŞ-ın özündə də vətəndaş azadlıqları və siyasi haqlar sahəsində geriləmələr müşahidə olunub. Bəs sizcə ABŞ bu yeni administrasiya altında demokratiyanın müdafiəçisi rolunu bərpa edə biləcəkmi?

Mark Behrendt: Hər hansı bir fikrə sahib olmaq üçün qüsursuz olmağa ehtiyac yoxdur. Xüsusilə də öz demokratiyanda, öz cəmiyyətində çatışmazlıqları gördüyündə bunun təsirinin nə olduğunu bilirsən. Fikrimcə Birləşmiş Ştatlardakı vəziyyətə, bizim sosial ədalət və irqi bərabərlik kimi məsələrlədə üzləşdiyimiz çətinliklərə, eyni zamanda isə dünyanın üzləşdiyi bəzi digər problemlərə baxanda Birləşmiş Ştatlar və ələlxüsus da Freedom House kimi oyunçuların dünyada demokratiya və insan haqlarından danışmağı daha məqsədəuyğundur. Bu, bizim mükəmməl və qüsursuz olduğumuz üçün deyil, bu dəyərlərə qiymət verən və onları təkcə öz ölkəmizdə və cəmiyyətimizdə deyil, bütün dünyada artırmağa çalışan xalq olduğumuz üçün belədir. Qonşumuzun siyasi baxımdan proqnozlaşdırılan olması və onun sabitliyi mənim həyatıma və yaşayışıma təsir edir. Yəni hətta ən praqmatik mənfəətpərəst baxımdan belə hər kəsin demokratiyanın təhlükəsizlik əsaslarına nəzər yetirməsi vacibdir.

Bu, xüsusilə də Azərbaycan və keçmiş Sovet İttifaqının digər hissələrinə baxanda daha aktualdır. Oradakı ölkələr ilk illərdə sözdə demokratiya və haqlara sadiq idilər, insanlar düzgün sözlərdən istifadə edirdi və düzgün istiqamətə doğru irəliləməkdən danışdıqları təqdirdə yavaş addımlamağın qəbuledilir olduğuna inanırdılar.

Dünyadakı avtoritar rejimlər artıq sözdə də demokratiya və haqlardan danışmayanda, bunların onların uğrunda mübarizə aparmalı olduqları dəyərlər olduğunu qəbul etməyəndə bütün beynəlxalq sistem titrəyir. Biz təkcə dünya boyu demokratiyanı gücləndirmək niyyətimizi elan etməli deyil, konkret addımlar atmalıyıq və avtoritar rejimlərin də bunun onların və onların xalqarının marağında olduğu fikrinə qatıldığını görməliyik.

Bu günlərdə isə söylədiklərini həqiqətən yerinə yetirmək çox vacidbir.

Dünyadakı avtoritar rejimlər artıq sözdə də demokratiya və haqlardan danışmayanda, bunların onların uğrunda mübarizə aparmalı olduqları dəyərlər olduğunu qəbul etməyəndə bütün beynəlxalq sistem titrəyir. Biz təkcə dünya boyu demokratiyanı gücləndirmək niyyətimizi elan etməli deyil, konkret addımlar atmalıyıq və avtoritar rejimlərin də bunun onların və onların xalqarının marağında olduğu fikrinə qatıldığını görməliyik. Təəssüf doğuran məsələ isə odur ki, bir çox avtoritar rejimlər artıq buna məhəl qoymurlar və bu ritorikadan istifadə etmirlər. Bu isə həmin cəmiyyətdəki fəallar və insan haqları müdafiəçilərinin ölkələrində dəyişikliyi təbliğ etmələrini çətinləşdirir.

Amerikanın Səsi: Demokratiya son illərdə ciddi bönrahla üzləşir. Freedom House-un 2020 Dünya Azadlıq hesabatına əsasən, 2019-da qlobal azadlıqlar ardıcıl olaraq 14-cü il tənəzzülə uğrayıb. Sizcə qlobal azadlıqlar nə üçün geriləyir. Və ABŞ-ın yeni administrasiyası bu sahədə hər hansı irəliləyişə töhfə verə bilərmi?

Mark Behrendt: Mən şəxsi düşüncəmi söyləyirəm. Məncə dünya boyu demokratiyanın niyə azaldığını həqiqətən anlamaq üçün bir çox düşüncələr paylaşılmalı və müzakirə olunmalıdır. Mənim fikrimcə bunun üç səbəbi var.

Birincisi, 2008-də şahid olduğumuz iqtisadi tənəzzül dünyanı və bir çox sistemi şok etdi. Vəziyyət pisləşəndə haqlara qarşı hörmət və dözümlülük təhlükə altında qalır. Mən düşünürəm ki, bir səbəb budur. Xüsusilə də iqtisadi baxımdan hər şey yolunda getdiyi zaman xalqına hər şeyin düzəldiyinə dair real sübutlar təqdim edə bilən ölkələr iqtisadi tənəzzül olduğu zaman üzərlərində təzyiq hiss etdilər və bəziləri hakimiyyətlərini qorumaq üçün daha az demokratik yollara üz tutdular. Mənim birinci arqumentim budur.

İkinci arqumentim isə, zənnimcə, hazırda yaşadığımız dəyişkən dünya üçün fundamentaldır. Bu isə odur ki, biz hazırda bəlkə də, bəşəriyyət tarixində baş verən ən böyük texnoloji rabitə inqilabının ortasındayıq.

Və biz sadəcə olaraq bunun nə olduğunu bilmirik. Texnologiyanın demokratiyanı, haqları və kommunikasiyanı inkişaf etdirmək potensialı və imkanı olduğunu görmək çox həyəcanlı və heyranedicidir. Məsələn sizlə mən evimizdə oturub Zoom vasitəsilə danışa bilərik və bu həyəcanlıdır. Amma eyni zamanda bu bizim sivilizasiya olaraq hələ də dərk edə bilmədiyimiz bir sıra yeni çətinliklər və təhlükələrə səbəb olur.

Üçüncü arqumentim isə indiki vaxtla əlaqəlidir. Sovet İttifaqının süqutu, Soyuq Müharibənin başa çatması, həmin zaman yeni ölkələrin qurulması beynəlxalq sistemdə şok dalğası yaratdı. Bunu dərk etmək üçün 25 ilin keçməsi də məncə bir başqa məsələdir. Məsələn Sovet İttifaqı nümunəsindən çıxaraq demək olar ki, 70 il boyunca beynəlxalq proseslərdən təcrid olunmağın, həmin dövrdə baş verən o cür qarşıdurmanın uzun müddətli nəticələri oldu. Biz elə İndi də buna şahid oluruq və bunu başa düşürük. Bəlkə də, bu daha çox regional bir məsələdir və bunun Azərbaycan və keçmiş Sovet İttifaqının digər ölkələrinə təsiri olub. Amma fikrimcə bunların dünya boyu da təsirləri olub.

Bilirsiniz məni nikbin edən şeylərdən biri odur ki, 30 il öncə demokratiya və haqlar hər kəs üçün fundamental təhlükəsizlik narahatlıqlar idi. Bu, Helsinki Son Aktının və hətta ATƏT-in təməlini qoyan bir fikir idi. Bu fikir inqilabi idi, amma universal olaraq bütün diplomatlar və beynəlxalq icitmaiyyət tərəfindən qəbul edilmirdi. İndi isə aydın olur ki, doğrudur ki, məsələn hazırda Rusiyada olduğu kimi, demokratiyanın tam çökməsinin dalğa effekti olur və qonşu ölkələrə, Rusiyanın ətrafındakı və keçmiş Sovet İttifaqı ölkələrinə təsir edir. Bunun həmçinin bütöv beynəlxalq sistemə təsiri olur. Demokratiyanın çökməsi bizim hələ də üzərində işlədiyimiz məsələrdir və biz təhlükəsizliyin antaqonist oyun olmadığını və təhlükəsizliyin hər kəsin marağında olduğunu qəbul etməliyik. Buna proqnozlaşdırıla bilən, legitim, öngörülən qanun aliliyi və azlıqların müdafiə olunduğu idarəçiliyin təhlükəsizliyi daxildir.

Amerikanın Səsi: ABŞ dünya boyu demokratiyanın təbliğində hansı üsullara prioritet verə bilər? Biz ABŞ-ın dünyadakı rejimləri cavabdeh tutmaq üçün sanksiyalara əl atdığının şahidi olmuşuq, bəs bundan əlavə ABŞ hansı üsullara üz tuta bilər?

Mark Behrendt: Fikrimcə insanlara etibar edəndə, cəmiyyətə etibar edəndə səhv etməzsiniz. Biz artq 1940-cı ildə deyilik.

Hazırda dünya daha çox təkmilləşmiş, daha çox təhsilli və daha çox inkişaf etmiş bir yerdir. Freedom House ilk yarandığı zaman dünyada yalnız 12 demokratiya var idi. Biz artıq o vəziyyətdə deyilik.

Azərbaycan, Rusiya, Gürcüstan və mənim işlədiyim keçmiş Sovet İttifaqı ölkələrinin və demokrartiyanın hazırda təhlükə altında olduğu digər dünya ölkələrinin çox həyəcanlandırıcı və dinamik, maraqlı, müasir cəmiyyətləri var. Bu ölkələrdə çox insan cəmiyyətlərinin və ölkələrinin rifahı ilə maraqlanır. Və zənnimcə biz cəmiyyətləri üçün ən yaxşı olan həll yolunu tapmaq üçün onlara, yerli insanlara etibar etdiyimiz təqdirdə Birləşmiş Ştatlar müvəffəq olacaq. Etibar etmək isə vətəndaş cəmiyyətini dəstəkləməkdir, amma fundamental baxımdan, yəni cəmiyyəti tutmaq istədiyi istiqamətlə bağlı qərar verməsini dəstəkləməkdir. Buna müstəqil medianı, institusional islahat və struktur islahatını, qanun aliliyinin müdafiəsini dəstəkləmək daxildir. Amma bunlar xaricdən gəlməyəcək. Bunu dəyişən cəmiyyətlər özləri olacaq.

Məsələ ölkələrində demokratiyalarını və haqların müdafiəsini təkmiləşmirməyə çalışan cəmiyyətlərdə mühüm daxili proseslərə imkan verməkdir. İnsanlar müsbət dəyişiklik imkanına cavab verəcəklər.

Amerikanın Səsi: Rusiyada Navalnının həbsi, Belarusda isə seçkidən sonra baş verən hadisələri nəzərə aldıqda administrasiyanın Avraziyaya qarşı siyasəti ilə bağlı hansı gözləntilər var?

Mark Behrendt: Bayden administrasiyası diqqətli olmalıdır, çünki bir tərəfdən bunlar başqa bir ölkədə baş verən proseslərdir və əlbəttə ki, onlara müdaxilə olunmamalıdır. Administrasiya Rusiyada, Belarusda və ya başqa bir yerdə baş verən daxili məsələlərə müdaxilə etməməldir. Amma eyni zamanda biz insanların döyülmələrini, həbs olunmalarını və işgəncələrə məruz qalmalaını və ya zərər görmələrini oturub izləyə bilmərik. Bu bizim üçün vacibdir. Bu, təkcə mənəvi bir məsələ deyil, həm də bizim fundamental şəxsi maraqlarımız üçün vacib bir məsələdir.

Bilirsiniz, bu bir balansdır. Bizim bir tərəfdən avtoritarlar, diktatorlar və oliqarxaraın pullarını bizim ölkələrimzdə gizlətmələrinə imkan yaradacaq heç nə etməmək haqda düşünməyimiz, əmlaklarımızı onlarla sataraq və pullarını ölkələrimizdə gizlətmələrizə icazə verərək buna imkan yaratmamağımız, və ehtiyacı olan müttəfiqlərimiz və dostlarımıza yardım etməyimiz, digər tərəfdən isə bəzi müəyyən hədəfli sanksiyalar tətbiq etməyimiz vacibdir. Məncə bu, holistik bir yanaşma, fundamental olaraq insanlığa və dünya boyu cəmiyyətlərə hörmətə əsaslanan bir yanaşma olmalıdır. Bilirsiniz, demokratiya uğrunda mübarizə aparmaq ağrılıdır. Ona görə də biz bu cəmiyyətlərə mərhəmət göstərməliyik. Biz özümü onların yerinə qoymalıyıq.

Bu, bir tərəfdən insan haqları müdafiəçilərinə yardım etdiyimiz zaman da belə olmalıdır, digər tərəfdən isə hansı siyasəti yürütməli olduğumuzu düşündüyümüz zaman. Biz elə bir vəziyyətə düşməməliyik ki, geosiyası bir səviyyədə hər hansı bir məhdudlaşdırıcı və ya sərt siyasət yürüdərək baş verməli olan bir dəyişikliyə xələl gətirək. Bizim bütün bu ölkələrdə müttəfiqlərimiz var. Və biz inanırıq ki, Baydenin xarici siyasətinin əsasını da məhz bu təşkil etməlidir.

Amerikanın Səsi: Son olaraq da Azərbaycanla bağlı sual vermək istəyirəm. Sizcə Bayden administrasiyanın, xüsusilə də demokratiya və insan halqarı baxımından, Azəbaycanla bağlı siyasəti nə olacaq?

Üçüncüsü isə Azərbaycan xalqından vaz keçməməkdir, çünki Azərbaycan üçün həll yolu onun xalqındadır və xalqının özü üçün demokratiya qurmaq istəyində. Və məncə demokratiyanı təhlükəsiz şəkildə qurmaq mümkündür. Bunu hər kəsin təhlükəsizliyini təmin edəcək şəkildə qurmaq olar.


Mark Behrendt: Bilirsiniz nə qədər spesifik olmağa çalışırsansa sənin üçün bir o qədər çətin olur. Aydındır ki, Azərbaycanda vəziyyət pisdən daha da pisə doğru gedib. 10, 20, 30 il öncə müstəqil mediası və öz maraqları dairəsində hərəkət edə bilən bir vətəndaş cəmiyyəti olan demokratik cəmiyyət inkişaf etdirmək yolunda atılan addımlarda hər hansı uğur əldə olunmayıb.

Azərbaycanda bunlar inkişaf etməyib və Bayden adminstrasiyası bunun əksini iddia edə bilməz. Ona görə də məncə əsas şey dürüst olmaqdır. Dürüst olmaq və zorakılıq törədənləri, insan haqlarını pozalnları və korrupsiya ilə məşğul olanları cavabdeh tutmaq, onların bir ölkədə bunları edib, başqa bir ölkədə xoş qarşılanmalarına imkan verməmək. Buna görə də, hədəfli sanksiyalar çox mühümdür.

Üçüncüsü isə Azərbaycan xalqından vaz keçməməkdir, çünki Azərbaycan üçün həll yolu onun xalqındadır və xalqının özü üçün demokratiya qurmaq istəyində. Və məncə demokratiyanı təhlükəsiz şəkildə qurmaq mümkündür. Bunu hər kəsin təhlükəsizliyini təmin edəcək şəkildə qurmaq olar. Və mən düşünürəm ki, Bayden adminstrasiyası dürüst olmaldır.

Və sonda söyləmək istəyirəm ki, Bayden adminstrasiyası Azərbaycana və başqa çətinliklərə qısa geosiyasi maraqlar baxımından deyil, uzunmüddətli baxımdan yanaşmalıdır. Biz xarici siyasətimizi nə qədər çox geosiyasiləşdirsək, vəziyyət bir o qədər antaqonist oyuna bənzəməyə başlayır. Nə qədər çox biz qalib gəlib, siz məğlub olur vəya siz qalib gəlib, biz uduzuruqsa, o zaman müsbət dəyişiklik əldə etmək ehtimalı azalır. Hər iki tərəfin qalib gəldiyi bir nəticəni əldə etmək üçün tədrici müsbət dəyişiklik olmalıdır və bunun üçün ölkədaxilində sosial dəyişikliyə ehtiyac var.

XS
SM
MD
LG