Accessibility links

Vaşınqtonda marixuana əldə etmək cinayət hesab edilməyəcək


Vaşınqton Şəhər Şurasi marixuana əldə edilməsi artıq cinayət hesab etməyəcək. Marixuana saxlayanlar qanunsuz avtomobil park etmək cəriməsindən daha yüngül cəzalandırılacaq.

Dəyişiklik Mer Vinsent Qreyə təqdim edilib. Merin sənədi imzalayacağı gözlənilir.

28 qram və ya daha az marixuana ilə tutulan şəxs 25 dollar cərimə ediləcək. Bu məbləğ bir çox şəhərlərdə qanunsuz yerdə avtomobil park etmə cəriməsindən də azdır.

Qanuna dəyişikliyin müdafiəçiləri qeyd ediblər ki, marixuana əldə etdiklərinə görə həbs edilənlərin 90 faizi qaradərili amerikalılardır və narkotik maddələr fərqli irqdən olan tələbələrin yaşadığı bir çox şəhərin kollec kampuslarında geniş yayılıb.

Yeniliyin əlehdarları deyib ki, marixuana saxlamağı qanuniləşdirilməsi onun satışı və istifadəsin qanundan kənar olması ilə ziddiyyət təşkil edir.

Bir neçə ABŞ şəhəri və ştatları marixuana əldə edilməsini cinayət hesab etməyəcək. Amma federal qanuna əsasən marixuana əldə etmək hələ də qeyri-qanunidir.
XS
SM
MD
LG