Accessibility links

Mariupol şəhər rəsmiləri: Rusiyanın Mariupol teatrına etdiyi hava zərbəsi azı 300 nəfərin ölümünə səbəb olub


Ukraynanın Mariupol şəhərinin rəsmiləri cümə günü Rusiyanın bombadan müdafiə sığınacağı kimi istifadə edilən teatra etdiyi hava zərbəsi nəticəsində 300 nəfərin öldüyünü bildirib.

Cümə günü Mariupol Şəhər Şurasının Telegram onlayn sosial media kanalında dərc edilən yazıda “Şahidlərin məlumatına görə, Rusiya təyyarəsinin Mariupol Dram Teatrında endirdiyi zərbələri nəticəsində 300-ə yaxın insan ölüb” deyilib.

Qurbanların sayının dəqiq olub-olmadığı məlum deyil. Davam edən hücumlar şəhərdə xilasetmə və bərpa işlərini çətinləşdirib.

Fövqəladə hallar işçilərinin ərazidə axtarış işlərini bitirib-bitirmədikləri və ya şahidlərin ölənlərin sayı ilə bağlı dediklərini müəyyən edilib-edilmədiyi aydın deyil.

Ölkənin cənub-şərqindəki liman şəhərinin rəsmiləri daha əvvəl 130-a yaxın sağ qalan insanın binanın dağıntıları altından çıxarıldığını bildirmişdi.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, binada 1300-dən çox insan sığınmışdı. Teatrın binası bombalanan zaman binanın qarşısında rus dilində “UŞAQLAR” yazılmış nəhəng bir yazı var idi ki, o da səmadan görünürdü.

Şəhər şurasının Telegram kanalında daha sonra deyilib ki, “Son ana qədər hamının qaçmağa bacardığına inanmaq istəyirik. Bu qeyri-insani qəddarlığın izahı ola bilməz və heç vaxt olmayacaq. Evimizə dağıntı, ağrı və iztirab gətirənlər heç vaxt bağışlanmayacaq.”

Rusiya teatra zərbə endirildiyini və mülki vətəndaşlara hücum edildiyini inkar edir.

Mariupol şəhərinin təxminən 400 min sakini daimi atəş və bombardmanlar altında işıq, istilik və sudan məhrum olaraq mühasirədə qalıb.

XS
SM
MD
LG