Seyyid Məhəmməd Xatəmi dönəmində İran prezidentinin müavini və 2005-ci il prezident seçkilərində səkkiz namizəddən biri olmuş azərbaycanlı siyasətçi Möhsün Mehrəlizadə Xatəmi qarşıdan gələn seçkilərə qatılmadığı təqdirdə öz namizədliyini irəli sürəcəyini bildirib.
“Xatəmi son qərarını verənə qədər gözləyəcəyəm. O, namizəd olmasa, mən xalqa xidmət etmək üçün hazıram,” -deyə cənab Mehrəlizadə Fars xəbər agentliyi ilə müsahibədə bildirib. Mehr xəbər agentliyi ilə başqa müsahibədə isə o, “Xatəmi və digər islahatçılar üç nəfərin namizədliyi ilə bağlı fikir birliyi əldə ediblər və böyük ehtimalla ən sonda məni seçəcəklər,”-deyə söyləyib.
Bir çox iranlı siyasi ekspertin yazdığına görə, Möhsün Mehrəlizadə Azərbaycan şəhərləri və umumiyyətlə İranda türklərin yaşadığı bölgələrdə seçicilərin seçkilərdə iştirakını təmin etmək məqsədi ilə hökümət tərəfindən 2005-ci ildə prezidentlik seçkilərinə daxil edilmişdi.
Azərbaycan veb səhifələrinin yaydıqları məlumata istinadən, 2005-ci il seçki kampanyalarında “İranın altı Türk vilayəti mənə səs verəcəkdir,”-deyə qeyd edən Möhsün Mehrəlizadə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin və Həmadan vilayətlərindən əlavə Tehran və neçə başqa vilayətlətin də bəzi bölgələrində yaydığı şəkilləri və broşüralarda Türk dilindən istifadə etmişdi.
O, seçki günündən bir neçə gün öncə İran televiziyası ilə müsahibədə azərbaycanlı məşhur türkoloq və cərrah, türkcə-farsca “Varlıq” dərgisinin təsisçisi doktor Cavad Heyət tərəfindən dəstəkləndiyini bildirmişdi.
Azərbaycanlı siyasətçi 2005-ci il seçkilərində İran Azərbaycanının üç sərhəd vilayəti olan Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbildə səslərin çoxunu qazansa da, İran Daxili İşlər nazirliyinin yaydığı statistikaya istinadən, bu üç vilayət yenə də öncəki seçkilərdə olduğu kimi, İranın seçki fəallığının ən aşağı olduğu beş vilayət arasında göstərilmişdir.