Azərbaycanın Mərkəzi Bankı dekabrın 21-də milli valyutanın üzməsinə məcbur olub. Beləliklə, manat dollar kimi beynəlxalq valyutalar qarşılığında 50 faiz dəyər itirib.
Bne Intellinews onlayn dərgsinin yazdığına görə, bu, manatın 2015-ci ildə ikinci devalvasiyasıdır. Fevral ayında olan ilk devalvasiya manatın 34 faiz dəyər itirməsi ilə nəticələnmişdi. Hazırda manat 0.95 dollardan 0.64 dollara enib.
Kursu süni şəkildə saxlamaq praktiki deyildi. İndiki xərcləmə yolu ilə gedilsəydi, Azərbaycanın valyuta ehtiyatları 6 aya tükənəcəkdi,
Bu addım Azərbaycanın Mərkəzi Bankının (AMB) 2014-cü ilin avqust ayında 15 milyard dollardan noyabrda 6.2 milyarda enən xarici mübadilə reytini mühafizə edə bilər.
Beynəlxalq təhlilçilər öncədən Azərbaycanda yaranan bu durumla bağlı proqnozlar verirdi, ələlxüsus OPEC-in neft hasilatı səviyyəsini saxlaması qərarından sonra.
“Kursu süni şəkildə saxlamaq praktiki deyildi. İndiki xərcləmə yolu ilə gedilsəydi, Azərbaycanın valyuta ehtiyatları 6 aya tükənəcəkdi,” deyə GPW şirkətinin Orta Asia və Qafqaz üzrə eksperti Livia Paggi Financial Times qəzetinə şərhində izah edir. Onun sözlərinə görə təkcə noyabr ayında mərkəzi bank manatın məzənnəsini saxlamaq üçün yarım milyard dollardan artıq pul israf etmişdi.
Azərbaycanın valyutası və iqtisadiyyatı əsasən neft qiymətlərindən asılıdır. Neft hasilatı ixrac gəlirlərinin 90 faizini, ümumdaxili məhsulun isə 30 faizini təşkil edir. Son 18 ay ərzində neftin qiymətinin kəskin düşməsi Azərbaycan iqtisadiyyatının 6.7 faiz kiçilməsi ilə nəticələnərək, yanvar-noyabr ayları ərzində ümumdaxili məhsulu 50.1 milyard manata endirib. Devalvasiya öncəsi mübadilə məzənnəsi ilə bu göstərici 47.9 milyard dollar təşkil edirdi. Dekabrın 21-də isə bu rəqəm 32.5 milyard dollara endi.
Borc sektorunun dollarlaşdırılması banklara ciddi ziyan vuracaq
Devalvasiyanın əks-sədası Azərbaycanın əsas ticarət tərəfdaşları olan Qazaxıstan, Rusiya, Türkiyə və Gürcüstan kimi region ölkələrində hiss olunub. Belə ki, bu ölkələr AMB-da kifayət qədər ehtiyatları olmadığı üçün mübadilə məzənnəsini və suveren fondlarını müdafiə edə bilməyəcək.
Nomura International-dan təhlilçi Tim Ash Azərbaycanın bu qərarı verməsinin gözlənilən olduğunu bildirib. "Yeganə sürpriz odur ki, niyə Azərbaycan hökuməti bu qərarı manatın dəyərini saxlamaq üçün öz ehtiyatlarından külli miqdarda pul xərclədikdən sonra etdi, və prosesin gedişatında öz reputasiyasına və etimadına zərbə endirdi," deyə o bildirir.
Oxşar sualı Fitch agentliyinin beynəlxalq maliyyə təsisatları şöbəsinin direktoru Dmitri Vasilyev də qaldırır. "Güman edirəm ki, bu qədər gözləməyin səbəbi sosial sabitlik və İlham Əliyevə ictimai dəstəyin səviyyəsi ilə əlaqədar idi. Ola bilsin ki, bu addımın fonunda Dağlıq Qarabağda və cəbhə xəttində artan gərginliklərə xalqın rejim ətrafında səfərbər edilməsi vasitəsi kimi baxılır," deyə o, mülahizəsini paylaşır.
Azərbaycanda ikinci devalvasiya onun xarici valyuta rezervləri və mikro-iqtisadiyyatına yardım edə bilər. Bakı dollarla ölçülən neft gəlirlərindən büdcəsini artıra bilər.
Lakin devalvasiya bank sektoruna ciddi mənfi təsir göstərəcək. Birinci devalvasiyanın təsirlərindən hələ də yaxa qurtara bilməyən kiçik banklar arasında zərər çəkənlərin sayı bir qədər də artacaq.
Vasilyev hesab edir ki, borc sektorunun dollarlaşdırılması banklara ciddi ziyan vuracaq. Belə ki, kredit alanlar üçün devalvasiya borc ödəmə qabiliyyətinin zəifləməsi deməkdir. Bu isə öz növbəsində bankların kapital nisbətinin pozulmasına yol açaraq, onların tənzimləyici kapital müvafiqliyi qaydalarına riayət edə bilməməsinə səbəb olacaq.