Accessibility links

Malayziya təyyarəsinin qara qutusundan mümkün siqnallar araşdırılır



Hind okeanının dərinliklərindən aydın siqnallar qeyd edilsə də, rəsmilər elektron siqnalların itmiş Malayziya təyyarəsinin qara qutusundan gəldiyinə hələ əmin deyillər.

Dənizin dibində səsləri müəyyən edə bilən müasir qurğularla təchiz olmuş Avstraliya gəmisi Boinq 777 tipli təyyarənin uçuşu haqda məlumatın yazıldığı qara qutudan gələ bilən siqnalı qəbul edib. Çin gəmisi bu siqnalları cümə və şənbə günləri axtarılan ərazidən kənarda qəbul etmişdi.

Malayziyanın mülki aviasiya agentliyinin başçısı Əzhəruddin Əbdül Rəhman rəsmilərin təxminən bir ay bundan əvvəl itkin düşmüş təyyarənin axtarışında mühüm dönüş yaradacağına ümid etdiklərini bildirib. Malayziya hava yollarına məxsus təyyarə 239 sərnişinlə Kuala Lumpurdan Pekinə istiqamət götürmüşdü. Rəsmiləri hələlik siqnalların təyyarədən gəldiyini təsdiq edə bilmir.

Bundan öncə beynəlxalq axtarış qrupunun başçısı, təqaüddə olan Avstraliya hava qüvvələrinin marşalı Anqus Hyüston mətbuat konfransında deyib ki, Çin gəmilərinin aydın siqnallar eşitməsinə baxmayaraq, bu siqnalların Malayziya təyyarəsinə aid olduğunu demək hələ tezdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG