Malayziyanın Baş naziri Najib Razak Malayziya hava yollarına məxsus təyyarənin rabitə sisteminin qəsdən söndürüldüyünə dair ehtimalının çox yüksək olduğunu bildirib, lakin bununla belə, o, təyyarənin qaçırıldığını deməyib.
Cənab Najibin açıqlamaları Boinq 777 tipli təyyarənin martın 8-də radar sistemindən itməsindən sonra yoxa çıxması ilə bağlı yeni fərziyyələrə yol açıb.
Baş nazir deyib ki, təyyarənin rabitə sistemi onun qərbə istiqamət almasından əvvəl söndürülüb. “Malayziya hava qüvvələrinin radarı təsdiq edilməsə də MH370 nömrəli reyslə uçan həmin təyyarə olduğuna inanılan təyyarənin şimal-qərb istiqamətnidə hərəkət etdiyini qeydə alıb”-deyə Najib Razak bildirib.
Baş nazir mediada təyyarənin qaxırıldığına dair məlumatların verilməsinə baxmayaraq, Malayziya rəsmilərinin təyyarənin istiqamətini dəyişməsinin bütün mümkün səbəblərini araşdırdıqlarını deyib. Onun sözlərinə görə, indi Malayziya rəsmilər təhqiqatda əsas diqqəti təyyarənin ekipaj üzvləri və sərnişinlərə yönəldiblər.
Cənab Najib Malayziya hava yollarına məxsus təyyarə ilə əlaqə itindən sonra təyyarə və peyk arasında altı saat yarımdan çox siqnalların davam etdiyini bildirib.
O bildirib ki, rəsmilər indi təyyarənin iki mümkün istiqamətdə axtarışını davam etdirir. Bunlardan biri Qazaxıstandan Tailandın şimalınına doğru sərhəd ərazisi, digəri isə Hind okeanının cənububudur. Baş nazir Cənub Çin dənizində axtarışların dayandırıldığını bildirib.