Accessibility links

Malayziyanın 298 sərnişinli təyyarəsinin vurulmasında Rusiyanın rolu var


Ukrayna rusiyapərəst separatistləri Malayziyanın 298 sərnişinli təyyarəsinin vurulmasından sonra dəlilləri məhv etməkdə günahlandırır.

Ukraynanın əks-kəfiyyat idarəsinin rəhbəri dəlillərin təyyarənin vurulmasında Rusiyanın rolu olduğunu göstərdiyini deyib.

Mətbuat konfransı zamanı Vitali Nada bildirib ki, separatistlər BUK-1 raketvuran qurğu ilə bağlı təlimlərə malik deyil.

Hökumətin bildirdiyinə görə, üsyançılar 38 cəsədi hadisə yerindən götürərək, nəzarətləri altında olan Donetskə aparıb. Bildirilir ki, cəsədlərin daşınması Rusiyanın yardımı ilə həyata keçirilib.

Rusiya Ukraynanın iddialarına münasibət bildirməyib.

Malayziyanın nəqliyyat naziri dəlillərin yox edilməsini itirilən həyatlara qarşı xəyanət adlandırıb.

Lou Tiong Lai deyib ki, hadisə yerinə toxunulması, dəlillərin məhvi qəbuledilməzdir.

Beynəlxalq təhqiqatçılar isə təyyarənin düşdüyü bölgəyə çatmağa çalışır. Belə ki, separatistlərin əlində olan bu yerə girişə məhdudiyyət tətbiq edilərək, yalnız ATƏT-in təhqiqatçılarına yol verilib.

Dünən Ağ Evdə Ukraynada Malayziya təyyarəsinin vurulub salınmasına dair açıqlama verən ABŞ prezidenti Barak Obama deyib ki, mülki vətəndaşlarının həlak olduğu hadisə ilə bağlı beynəlxalq təhqiqat aparılmalıdır.

“Rusiya və Ukrayna təcili atəşkəs əldə etməlidir. ABŞ lazımı olan bütün yardımlara hazırdır. Beynəlxaq tərəfdaşlari ilə iş birliyə hazırdır. İndi görüləcək əsas iş əzizlərini itirənlərin yaralarının sağalmasına yardım etməkdir. Faktlar araşdırılmalı, həqiqətlər ortaya çıxarılmalıdır.”

XS
SM
MD
LG