Accessibility links

Malayziya baş naziri: Təyyarə Hind okeanına düşüb


Nəcib Razak iki həftədən çoxdur yoxa çıxan təyyarə barədə açıqlama verib

Malayziya baş naziri bildirib ki, Malayziya Hava Yollarına məxsus təyyarə Hind okeanına düşüb.

Son yeniliklərə dair açıqlama verən Nəcib Razak bildirib ki, Britaniyanın indiyədək belə araşdırmalarda heç zaman istifadə edilməyən dataları təyyarənin son nöqtəsini müəyyən edib. Baş nazir böyük kədər hissi ilə Boeing 777 təyyarəsində olan 239 adamın yaxınlarına səbr diləyib.

Əlavə məlumatlarla bağlı sabah mətbuat konfransı təşkil ediləcək.

Kuala Lumpurdan Pekinə istiqamət alan təyyarə martın 8-də yoxa çıxmışdı. Təhqiqatçılar mexaniki nasazlıq və terrorizmi istisna etmir.

Qazaxıstandan Hind okeanının cənubunu əhatə edən 7 milyon kvadrat mertlik ərazidə aparılan axtarışda 26 ölkə iştirak edib.
XS
SM
MD
LG