Accessibility links

Fransa prezidenti cangüdənini işdən azad edəcək


Yelisey sarayının bugünkü açıqlamasında deyilir ki, Fransa prezidenti Emanuel Makron May Günü nümayişləri zamanı bir etirazçını döyən təhlükəsizlik işçisinı işdən çıxarma]a qərar verib.

Çərşənbə günü Le Monde qəzeti Aleksandre Benalla adlı polis işçisinin bir gənci döyərək təpiklədiyini göstərən həvəskar videonu yayımladıqdan sonra cənab Makron sərt tənqidlərə məruz qalıb.

Videoda gəncin yalvarışlarına baxmayaraq, Benallanın ona güclü zərbələr endirdiyi göstərilir.

Le Monde yazır ki, polis işçisi olmayan Benalla prezident ofisi tərəfindən töhmət almışdı, lakin bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilməyib.

Videoda Benallanın gəncin yalvarışlarına baxmayaraq, ona güclü zərbələr endirdiyi, mülki paltarda olan digər şəxsin isə gənci yerə yıxdığı kadrları görmək olur.

Polis işçilərinin hadisə yerində olmasına baxmayaraq, insidentə müdaxilə edən olmayıb. Sonradan Benallanın Fransa prezidenti aparatının əməkdaşı olduğu müəyyən edilib.

Prezident sarayı cangüdənin mühafizə işindən uzaqlaşdırılaraq administrativ funksiyalara keçirildiyini bildirib.

XS
SM
MD
LG