Accessibility links

Makedoniyanın adının dəyişdirilməsinə dair referendumunda seçici fəallığı aşağı olub


Makedoniyanın NATO və Avropa Birliyinə qoşulmasına yol aça biləcək ölkənin adının dəyişdirilməsinə dair referendumda az sayda seçici iştirak edib.

Seçki rəsmilərinin bildirdiyinə görə, səsvermə hüququ olan seçicilərin yalnız üçdə biri bazar günü səs verib. Lakin səsvermədə iştirak edən seçicilərin 90 faizindən çoxu ölkənin adının Şimali Makedoniyaya dəyişdirilməsinə səs verib.

Makedoniyanın baş nazir Zoran Zaev referendumda iştirak edib.
Makedoniyanın baş nazir Zoran Zaev referendumda iştirak edib.

Seçicilərinin əksəriyyətinin referendumu təsdiq etmədiyi halda istefa verəcəyini söyləyən Makedoniyanın baş naziri Zoran Zayev seçici fəallığının aşağı olmasına baxmayaraq, səsverməni uğur adlandırıb.

Baş nazir Zaev və onun yunanıstanlı həmkarı Aleksis Tsipras iyun ayında qonşu Yunanıstan ilə on illərdir mövcud bir mübahisəyə son verəcək bir razılığa gəlib.

Ancaq Makedoniya prezidenti Qiorqi İvanov da daxil olmaqla millətçilər səsverməni boykot etməy çağırıblar.

Makedoniya prezidenti Qeorqi İvanov
Makedoniya prezidenti Qeorqi İvanov

Afina "Makedoniya" adının yalnız ölkənin şimalındakı Makedoniya vilayətinə aid olduğunu və bu addan istifadənin Skopyenin Yunanıstanın bu ərazisinə iddiası olduğunu əks etdirdiyini bildirirdi.

Yunanıstanın Xarici İşlər Nazirliyi açıqladığı bəyanatda "ziddiyyətli" səsvermənin əksəriyyət tərəfindən təsdiqlədiyini, lakin seçicilərin zəif iştirakı Makedoniyanın "müqavilənin müsbət potensialını qorumaq" üçün diqqətlə fəaliyyət göstərməsini tələb edir.

ABŞ Dövlət departamenti bazar günü keçirilmiş referendumun nəticələrini alqışlayaraq, bunun “regional stabillik, təhlükəsizlik və rifaha xidmət edəcəyini” bildirib.

XS
SM
MD
LG